Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sensasion iddia: “İkisindən biri...” - Gürcü kanalında Putini kim söydürüb?

"Gürcü aparıcı Georgi Qabuniyanın "Rustavi 2" telekanalında açıq formada Rusiya Prezidenti Vladimir Putini təhqir etməsi, əvvəldən hazırlanmış təxribat idi"

Bunu Tiflisdəki Henrix Böll Fondunun rəhbəri Ştepan Mayster deyib.

Fond rəhbəri bu təxribatın arxasında hansı qüvvənin durduğunun məlum olmadığını bildirib:

"Əlbəttə, bu bir təxribatdır. Əsas sual budur ki, bunun arxasında kim dayanıb? Qənaətimə görə, burada əsas hədəf Rusiya və Putin deyildi. Hər şeydən əvvəl daxili siyasətdə bir-biri ilə savaşan iki partiyadan söhbət gedir; müxalifətdə olan Vahid Milli Hərəkat və hakim Gürcü Arzusu partiyalarından... Buna görə də, Gürcüstanda bir təxribat həyata keçirmək istədilər, bunun Rusiya ilə əlaqəsi yoxdur".

Ştefan Maysterə görə, Gürcüstanda anti-Rusiya etirazlarını qorxunc formada qızışdırmağa cəhd edirlər: "Bunu iyunun 20-də rusiyalı deputat Qavrilovun Gürcüstan parlamentindəki çıxışında sonra Tiflisdə baş verənlər göstərdi. Gürcüstandakı insanlar belə məsələlərə emosional reaksiya verirlər. Ölkənin iki əsas siyasi qüvvəsi - Gürcü Arzusunun lideri Bidzina İvanişvili və Vahid Milli Hərəkatın lideri Mixail Saakaşvili belə təxribatlardan öz məqsədləri üçün istifadə edirlər".

Əlavə edək ki, iyulun 8-də "Rustavi 2" telekanalına yayımlanan proqramda aparıcı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putin və anasının əleyhinə təhqiramiz fikirlər səsləndirib.(teleqraf.com)

pia.az


Etiket: Puti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar