Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sənin siyasətçi boyunu yerə soxum, vəssalam“ - Aqil Abbas özündən çıxdı

“Ramil Səfərovu Müdafiə Komitəsi”nin üzvü Aqil Abbas son zamanlar Avropa İnsan Haqları Məhkəməsinin R.Səfərovla bağlı çıxardığı ədalətsiz qərarı və sosial şəbəkədə onunla bağlı olan müzakirələrə münasibət bildirib...

PİA.az xəbər verir ki, A.Abbas bir çox ermənipərəstlərin “R.Səfərov erməni zabitini yatdığı yerdə öldürüb” ifadəsinə əsəbiləşdiyini deyib:

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı çıxardığı qərardan sonra sosial şəbəkələr “dağılır”. Məsələ ondan ibarətdir ki, Avropa Məhkəməsinin qəbul etdiyi hər hansı bir qərar mənim üçün mənasızdır. Çünki onlar həmişə ikiüzlü bir qərarlar çıxarıblar. R.Səfərov həbs olunanda biz Müdafiə Komitəsi yaratdıq və onun da üzvləri Qənirə xanım Paşayeva, Zahir Oruc, Umud Rəhimoğlu mən və başqa yoldaşlar idi. Biz onda çalışırdıq ki, hadisəni olduğu kimi həm dünya ictimaiyyətinə, həm də özümüzə çatdıra bilək. Həmin vaxt qəzetdə R.Səfərovu müdafiə edirdim və ona haqq qazandırırdım. Təbii ki, əlimdə bütün sənədlər yox idi, amma buna baxmayaraq müdafiə edirdim. Onda “bayquşlar”, indiki “çaqqallar” üstümə düşdülər və bildirdilər ki, Ramil cinayətkardır, adam öldürüb. İndi də bunu anası, atası, nəsli erməni olanlar deyir. Özü də Azərbaycan mətbuatında mənim və yoldaşların üstünə qalxdılar, amma biz belə şeylərə fikir vermədik və axıra qədər müdafiəmizi etdik. Onda Ramilin ailəsiylə, Macarıstanla əlaqə saxlayırdıq. Eyni zamanda, bunları Zahid müəllimlə, Qənirə xanım yazırdı və mən də imzalayırdım, yəni beynəlxalq təşkilatlara bununla bağlı məktublar göndərirdik. Məni isə ən çox əsəbiləşdirən nədir? Bunu həmin vaxt da yazmışdım və indi də deyirəm. Onda deyirdilər ki, Ramil ermənini yatdığı yerdə öldürüb. Amma Ramil kimisə yatdığı yerdə öldürməzdi. Həmin vaxt Ramilgilin yanında başqa bir erməni də olub və Ramil onu otaqdan çıxararaq  Q.Markaryanla  söhbəti olduğunu bildirib. O vaxt bunu yazanda hamı mənə deyirdi ki, bu cinayətdir. Hansı cinayətdən danışırsınız?! Ağdamda doqquz yaşlı uşağı bir var güllə atalar təsadüfən ölə, amma ermənilər uşağı snayperlə vurmuşdular. Axı snayper vurduğu adamı dəqiq görür. Biz onda məhkəmədə iş qaldırmadıq, özü də bu mülki sakin idi. Bunu bir kənara qoyub yenə Ramil Səfərovun məsələsinə qayıdaq. Olar, bəzən adama ağır bir söz deyərlər “yeyər”, amma millətinə, dövlətinə söyərlər “onu yeyə bilməz”. Ramilin dövlətinin bayrağına ayaq siliblər və o, da bunun cavabını verib. Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib və hətta yatdığı yerdə öldürsəydi də kişidir. 

İkinci bir məsələ isə ondan ibarətdir ki, dünyanın bir çox ölkələrində ölüm hadisələri olur. Azərbaycan başda olmaqla Amerikada və başqa ölkələrdə indiyə qədər görmüşdünüzmü ki, kimisə öldürən adamı ömürlük azadlıqdan məhrum etsinlər? Bu olmamışdı, amma erməni mafiyası, gücü, pulu Macarıstandan kimlərisə satın almaqla Ramilə ömürlük həbs cəzası verdilər. Əslində heç bir qanunda belə bir şey yox idi. Onda televiziyada bir çıxış elədim və dedim ki, Ramili xilas etmək üçün “mafiya”yla əlaqə saxlayıb onu qaçırdıb gətirmək lazımdır, ya da hüquq-mühafizə orqanlarından bunu satın ala bilərik. Onlar Ramili almışdılar və ömürlük də azadlıqdan məhrum etmişdilər. Amma dünyanın qanunları, konvensiyaları var. Macarıstanla bizim aramızda ekstradisiya ilə bağlı bir qanun yox idi, amma hər ikimiz həmin beynəlxalq təşkilatın üzvü idik. Onlar rəsmi olaraq o qanunlara söykənərək Ramili bizə verdilər və cənab prezident gördüyü işlər nəticəsində bir Azərbaycan oğlunu həbsxanadan xilas edib ölkəmizə gətirdi. 

Müdafiə Komitəsinin üzvü olaraq biz həmişə Ramil ailəsiylə əlaqə saxlayırdıq, amma o, Bakıya gələndən sonra məndən başqa hamı gedib onunla şəkil çəkdirdi. Mənə onun azad olunmağı, evimizə gəlməyi maraqlı idi. Heç onlara da getmədim. Bir dəfə Ramil atasıyla bizə gəlib dedi ki, “Aqil müəllim, niyə bizə gəlmədin?” Dedim ki, Ramil, mənim şəkil çəkdirməkdən xoşum gəlmir. O, da dedi ki, “mənə görə çox əziyyət çəkmisiniz”. Bu gün məni ən çox incidən odur ki, sosial şəbəkələrdə hansısa namussuzlar, şərəfsizlər, ona başqa ləkə vururlar. Bunlar doğrudanmı azərbaycanlıdırlar, xeyir. Bu adamların heç biri Ramillə maraqlanmayıblar, amma indi baxırsan ki, içlərində siyasətçilər də var. O vaxt məşhur jurnalistlərdən biri mənim əleyhimə kampaniya başladı və  onun cavabını verirdim və hətta o qədər əsəbiləşmişdim ki, dedim gedək küçədə sənin cavabını verəcəm. Bəsdirin, nə istəyirsiniz Ramil Səfərovdan?! O vaxt R.Səfərovun bu hərəkəti Azərbaycanda bir ruh yüksəkliyi yaratmışdı, necə ki, Mübariz İbrahimov, Aprel döyüşləri bu ruhu qaldırmışdı. İnsanlar bilir ki, bizim belə igidlərimiz var. İndi gedib məhkəməyə verirlər. Mənim heç min beş yüz manatım da yoxdur və əgər belədirsə, Avropa Məhkəməsinin təzminatını bir maşınım var onu satıb verərəm. Amma indiki vəziyyətdə, Azərbaycanda siyasi adamların Ramili cinayətkar adlandırması düzgün deyil. Bunu edənlərin çoxu özü də siyasi adamlardılar, sənin siyasətçi boyunu yerə soxum, vəssalam. Azərbaycan xalqının tarixindən nə silinsə də, möhtərəm prezidentin Ramili Macarıstandan gətirib əfv etməsi tarixdə qalacaq”. (moderator.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar