Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şengen vizasının verilmə qaydaları dəyişdirilir

Şengen zonası ölkələrinə qısamüddətli səfər üçün vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq

Bahalaşma bir sıra dövlətlərin vətəndaşlarına şamil olunmayacaq.

Bu barədə “RİA Novosti” Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Məbləğdəki kiçik artım Şengen sazişinə üzv olan dövlətlərin təhlükəsizliyə nəzarəti gücləndirməsi üçün bütün dünya üzrə konsulluq personalının lazımi sayda olmasının təmin edilməsinə imkan verəcək”, - deyə agentlikdən bildiriblər.

Həmçinin, qeyd olunur ki, yeni qaydalara görə, “müsbət viza tarixçəsi” olan səyahətçilər mərhələli şəkildə etibarlılıq müddəti bir ildən beş ilə qədər artan təkrar viza əldə edə biləcək.

Bundan başqa, Şengen vizası üçün ərizənin təqdim olunma müddəti iki dəfə artırılacaq (planlaşdırılan səyahətdən altı ay əvvəl təqdim edilməli olacaq).

Bəzi ölkələrdə ərizəni konsulluğun saytından elektron şəkildə təqdim etmək mümkün olacaq. Yetkinlik yaşına çatmamış 6-18 yaşlı xarici vətəndaşlar üçün Şengen vizasının tam pulsuz olacağı gözlənilir. Yeni qaydaların qüvvəyə minməsi üçün onun Avropa İttifaqı Şurası tərəfindən rəsmi qaydada təsdiq olunmalıdır.

Qeyd olunur ki, viza rüsumundakı artım Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən, Azərbaycanla bağlanmış sadələşdirilmiş viza rejimi haqqında müqaviləyə əsasən, tətbiq olunan 35 avroluq kiçik viza rüsumuna şamil olunmayacaq. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar