Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator Con Makkeyn vəfat edib

Məşhur ABŞ senatoru Con Sidni Makkeyn III 81 yaşında dünyasını dəyişib

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn 81 yaşında dünyasını dəyişib. Bu barədə senatorun ofisinin bəyanatında deyilir.

Mərhum senatorun ofisindən yayılan məlumatda bildirilir ki, "o, ölüm anına qədər 60 il müddətində ABŞ-a sədaqətıə xidmət edib".

Makkeyn 2017-ci ildən beyin xərçənginin aqressiv şəkli olan qlioblastoma ilə mübarizə aparırdı. Cümə günü yaxınları onun müalicədən imtina etdiyini bildirmişdilər.

Xatırladaq ki, gənclik illərində hərbi pilot olan Con Makkeyn Vyetnam müharibəsinin qəhrəmanı idi. O 5 il yarım il müddətində Vyetnam əsirliyində qalmışdı və senator oğlu olduğuna görə təbliğat naminə onu azad etmək isyəyən vyetnamlıların təklifini rədd etmişdi. Makkeynin Vyetnamdakı qəhrəmanlıqları barədə kitablar yazılıb, filmlər çəkilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O uzun illər idi ki, ABŞ Senatında Arizona ştatını təmsil edib. Makkeyn qızğın Amerikan vətənpərvəri kimi tanınıb. 2008-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olub, lakin Barak Obamaya uduzub.

Makkeyn qatı Rusiya əleyhdarı olub. Qızğın Respublikaçı olmasına baxmayaraq hazırkı prezident Donald Trampın ən qatı əleyhdarlarından biri olub. Rusiyaya qarşı radikal tədbirlərin həyata ke irilməsinin tərəfdarı olan Makkeyn Moskvaya qarşı bir çox sanksiyaların təşəbüsçüsü kimi çıxəş edib. Trampın Rusiya prezidenti Vladimir Putinlə Helsinki görüşündən sonra Makkeyn bu görüşü "faciəvi səhv" adlandırmışdı.

Makkeynin vəfatı ilə bağlı ABŞ prezidenti Donald Tramp və sələfi Barak Obama başsağlığı mətni yayıblar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar