Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Sən özün terrorçuluğun liderisən!” - Kadırovdan Makrona

Çeçenistanın başçısı Ramzan Kadırov respublika müftisinin ardınca Fransa prezidenti Emmanuel Makrona «müsəlmanlara qarşı odu alovlandırmağı dayandır» çağırışı edib.

Kadırovun müraciəti bununla əlaqədardır ki, Fransa hakimiyyəti Məhəmməd peyğəmbərin karikaturasınınn dərc olunmasını dəstəkləyib.

«Dünyanın demək olar, 2 milyard müsəlman kəsiminin təhqir olunmasını o, «söz azadlığı» adlandırır. Üstəlik də onların dinini dəyişdirir və Fransada «ziyalı islam» yaradır. Mən bilmirəm, bu bəyanatı səsləndirərkən Makron hansı vəziyyətdə olub, amma belə reaksiyanın nəticələri çox faciəvi ola bilər. Fransa prezidenti indi özü terrorçuya bənzəməyə başlayır. Təxribatları dəstəkləməklə, o, pərdə arxasından müsəlmanları cinayət törətməyə səsləyir» - Kadırov hesab edir.

Çeçenitan başçısı üstüörtülü hədələyib ki, tarix boyunca heç vaxt belə siyasət yaxşılıqla nəticələnməyib.

«Qayda-qanun yaratmaq istəyi altında gizlənərək, o, hansısa yeni qanunlar işləyib hazırlayır, məsidlər və dini təşkilatlar üzərində nəzarətin qaçılmaz olduğundan danışır. Gerçəkdə isə bütün problemlər onun özü ilə bağlıdır. Nə qədər ki, o və Avropanın digər ölkələrinin liderləri «DİN», «MƏDƏNİYYƏT», «MƏNƏVİYYAT» anlayışlarına hörmətlə yanaşmağa başlamayıblar, layiqli gələcək və dövlətlərdə nizam olmayacaq» - Kadırov özünün teleqram-kanalında yazır.

Onun sözlərinə görə, Fransada «etiraf etməyə cəsarətləri çatmır ki, məhz dinə kinayə və ona parodiya Paris ətrafındakı müəllimin faciəli aqibətinin səbəbidir».

«O, yorulmadan şagirdləri təxribata çəkən həmin aqibətə doğru gedib, onların qəzəblənməsini və təhqiredici şəkillərin nümayiş etdirilməsinin dayandırılması barədəki xahişlərini hesaba almayıb. Nəticədə, siz onu Fansa qəhrəmanı səviyyəsinə qaldırırsınız, onun təxribata çəkdiyi insanı isə terrorçu adlandırırsınız. Neynək, Makron, əgər sən onu terrorçu adlandırırsansa, o zaman sən özün yüz qat pissən, belə ki, sən onu terrorra təhrik edirsən, insanları onün üzərinə qaldırırsan, onun üçün seçim yeri qoymursan, insanların beynində ekstremist ideaların yetişdirilməsi üçün bütün şəraitləri yaradırsan. Sən əminlikdə özünü öz ölkəndə terrorçuluğun lideri və ruh vericisi adlandıra bilərsən» - Kadırov Makronun üzünə «çırpıb».

Çeçen lideri xəbərdarlıq edib ki, bütün dünya müsəlmanları Məhəmməd Peyğəmbərin təhqir olunmasına imkan verməyəcəklər.

Artıq xəbər verildiyi kimi, bu ərəfədə Makronun ünvanına eyni hədələrlə Çeçenistanın başçısının müşaviri, respublkanın müftisi Salah-Hacı Mejiyev çıxış edib. O, Makronu «dünyanın 1 №-li terrorçusu» adlandırıb və əmin edib ki, bütün müsəlman ümməti hər zaman öz dini maraqlarını müdafiə edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

Bayraqla rəqsinə görə qovulan tələbə universitetə bərpa olunub - Foto

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay