Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sən niyə narahatsan, Həsən Ruhani?

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İran islam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.
 
Ovqat.com xəbər verir ki, bu məlumatı Ermənstanın İctimai Radiosu yayıb.
 
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, İran prezidenti iki qonşusu arasında davam edən gərginlikdən və hərbi əməliyyatlardan narahatlığını bildirib.
 
Paşinyan isə söhbətində bölgədəki vəziyyətə toxunub və həmsöhbətinin diqqətini Türkiyənin birbaşa döyüş əməliyyatlarında olması faktına çəkib. 
 
 Sual yaranır: Dəfələrlə Azərbaycanın ərazi bötüvlüyünu dəstəklədiyini bəyan edən İran prezidenti Dağlıq Qarabağda apardığımız döyüşlərdən niyə bu qədər narahatdır? Axı orda aparılan döyüşlər 30 ildir ki, düyünə düşmüş ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına yönəlib. Bir çox ayətullahlarının diliylə indiyədək rəsmi Bakını cəsarətsizlikdə günahlandıran rəsmi Tehran uzun illərdən bəri rişxənd etdiyi halımızın dəyişməsinə sevinməli olduğu halda, niyə birdən-birə Paşinyana zəng edib mənəvi dəstək verir? 
 
 Bununla da kifayətlənmir, Rusiyadan Ermənistana göndərilən silah-sursatın öz ölkəsinin üzərindən keçməsinə göz yumur? Axı bu silahlar olmasa, həm özünün dəstəklədiyi ərazi bütövlüyümüz daha erkən bərpa olunar, həm də müharibə bu qədər uzanmaz. Arada da həm bizim, həm ermənilərin gənc əsgərlərinin qanı tökülməz. Biz ki başqa ölkənin deyil, dünya birliyi tərəfindən tanınmış öz torpaqlarımız uğrunda ölüm-qalım savaşına girmişik. İran bu müqəddəs amal uğrunda apardığımız mübarizədən narahat olmaq əvəzinə, Paşinyana başqa dövlətin ərazisindən çıxmağın zərurətini niyə başa salmır? 
 
Ən nəhayət, məşhur bir zərb-məsəldə deyildiyi kimi, sən kimin dayısı oğlusan, İran - səninlə eyni qibləyə namaz qılan Azərbaycan xalqının, yoxsa onun torpağını ələ keçirən, qanına qəltan edən, yurdundan-yuvasından didərgin salan ermənilərin?

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

Qarabağ savaşıyla dəyişən rus mövqeyi:Türkiyənin balanslı siyasəti Rusiyanı dağılmaqdan xilas edəcək

Laçın dəhlizi niyə önəmlidir? – Qarabağın taleyini müəyyənləşdirən nəfəslik

Müqavimət qırıldı - Azərbaycan Ordusu irəliləyir

İqor Korotçenko: “İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan”

Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəliləyib

Ceyhun Bayramov Vaşinqtonda azərbaycanlıların hansı xahişinə əməl etmədi? - Video

Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi - Foto

Azərbaycana gəbərmək üçün göndərilən muzdlular – Yeni faktlar

loading...

Ən çox oxunanalar