Şəmkir rayonunda yol qəzası baş verib
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes-Benz" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində yaralananın olduğu bildirilir.
Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
pia.az