Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə seçki şousuna tədarük görülür

Fazil Məmmədovun adamı köhnə əhvaldadır...

Şəmkirin İcra başçısı Alimpaşa Məmmədov seçki saxtakarlığına hazırlıq görür.

Şəmkirdə bələdiyyə seçkilərinə müdaxilə faktları ilə bağlı PA-nın rəhbəri Samir Nuriyev tərəfindən tənqid olunmuş Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yenə seçkilərdə saxtakarlıq meyillərindən əl çəkmək istəmir.

Beləki Şəmkirdə nüfuzlu gəncləri, müharibə veteranlarını, savadlı kadrları və vətənpərvər insanları seçkilərdən uzaqlaşdırırlar. Belə şəxslərdən bir neçəsi, qazi Dilqəm Əliyev, Elbariz Tağıyev və Ceyhun Nəbidir. Müxtəlif bəhanələrlə bu 3 şəxsi seçkilərdən kənarda saxlamağa müvəffəq olub. Həmçinin 99 sayılı Şəmkir Kənd seçki dairəsindən namizəd olan Zeynalov Tural Allahverdi oğluna qarşı qarayaxma kampaniyası başlayıb. Müxtəlif insanlara onu dəstəkləməmək və yanında olmamaqla bağlı göstərişlər verilib.

Zeynalov Tural Allahverdi oğlu Şəmkirdə nüfuzlu gənclərdən biridir. Xalqının və dövlətçiliyin yanında olan gəncləri irəli çəkmək əvəzinə, onlara süni problemlər yaradırlar.

Tural Zeynalovun atası müharibənin qanlı vaxtlarında müharibə fonduna böyük məbləğdə maliyyə vəsaiti köçürüb. Özü də Şəmkir əhalisinin sevimlisi və hər zaman onlarla birlikdə olan insandır. İcra başçısı Alimpaşa Məmmədov isə belə bir insanı nüfuzdan salmağa cəhd edərək, bu məqsədlə inzibati resursları səfərbər edib. Xalqın sözünün ifadəçisinə, onların problemlərini həll edəcək insanlara seçkilərdə maniyə yaratmaq sağlam seçki prosesinin təməllərini sarsıtmaqdır. Xüsusi olaraqda xalq və hakimiyyət arasında körpü ola biləcək nüfuzlu insanlara qarşı bunu etmək daha da pis tendensiyadır.
(Sozcu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar