Şəmkirdə iki yük avtomobili toqquşub...
Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Şəmkir Stansiyası" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 2 nəfər yüngül xəsarət alıb. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az