Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Qasımov Söhrab hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
pia.az