Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
PİA.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Hərəkətdə olan "Changan" markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Eşqin Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
pia.az