Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümovun “kuruq”u: Onu həbsxana yoldaşı audit edirmiş…

Səlim Müslümovun həbsindən sonra onun nazir işlədiyi dövrdəki fəaliyyəti ilə bağlı yeni faktlar üzə çıxmaqdadır. Keçmiş nazirin ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, Müslümovun “qara kassası” sayılan Əjdər Cəbiyevin də həbsi göstərir ki, bu dairə kifayət qədər genişlənə bilər.

Xatırladaq ki, S.Müslümov ƏƏSMN-nin rəhbəri vəzifəsinə İsmayıllı rayonunda baş verən iğtişaşların dalğasında gəldi. O, həmin vaxta qədər Sosial Müdafiə Fondunun sədri idi. O zaman Əmək və əhalinin sosial müdafiəsi naziri olan Füzuli Ələkbərovun və onun qardaşı - İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovun oğlanlarının rayonda etdiyi özbaşınalıq böyük iğtişaşlara səbəb oldu. Onların rayondakı oteli, bahalı avtomobilləri yandırıldı, özləri isə "arzuolunmaz adam"a çevrildilər. Bundan az sonra isə F. Ələkbərov nazir vəzifəsindən azad edildi və yerinə Müslümov təyin olundu.

Müslümovun vəzifəyə təyin olunduğu ilk vaxtlar yəqin ki, çoxlarının yadındadır. O zaman yeni naziri kollektivə Prezident Administrasiyasının aparat rəhbəri Ramiz Mehdiyev təqdim etmişdi. Təqdimat zamanı Mehdiyev belə bir cümlə işlətmişdi: “Siz indiyə qədər əsl nazirlə işləməmisiniz. Səlim Müslümovla işləyəndən sonra əsil nazir necə olur, görəcəksiniz!”.

Həqiqətən də qısa müddətdə S.Müslümov özünü göstərdi. Kameraların qarşısında, açıq iclaslarda davamlı olaraq nazirliyin yüksək vəzifəli şəxslərini ayağa qaldırır, onu aşağılayır, işinin öhdəsindən gələ bilmədiyini deyir və iclas zalından qovurdu. Belə hal dəfələrlə baş verdi və özü haqda belə bir imic yaratmağa çalışdı ki, guya o, rüşvət alanlar, korrupsiyaya bulaşanlarla işləməyəcək. Yəni nazirlikdə "təmizləmə əməliyyatı" aparır.

Həmin vaxt nazirlikdə yüksək vəzifədə çalışan şəxslərdən biri “Yeni Sabah"a açıqlamasında deyib ki, əslində, bu, gözdən pərdə asmaq idi. O, Müslümovun nazir təyin olunduğu gündən rüşvəti çiçəkləndirdiyini bildirib: ""Haqqını” verməyən vəzifəlilər qovulur və yerinə özünün yaxın qohumları, dostları gətirilirdi. Məsələn, onun ilk təyinatlarından biri dayısının yeznəsi ilə bağlı olub. 22 oktyabr 2013-cü ildə nazir təyin olunan Müslümov cəmi 22 gün sonra, 14 noyabrda dayısının kürəkəni Fuad Əlizadəni nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə, 4 ay sonra - 13 mart 2014-cü il tarixdə isə həmin idarənin rəisi vəzifəsinə təyin etdi".

Yeri gəlmişkən, hazırda Dövlət Gömrük Komitəsində Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışan F. Əlizadənin də Müslümovla bağlı istintaqa cəlb olunduğu haqda mediada məlumatlar var.

Nazirliyin keçmiş əməkdaşı Müslümovun qaranlıq işlərində çoxlu sayda nazirlikdaxili və kənarda əlbir olduğu şəxslərin mövcud olduğunu söyləyib:

“Nazirliyin maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərova birbaşa Səlim Müüslümovun işlərini görən şəxs idi. Onda bütün maliyyə məlumatları var. Və yaxud Hesablama Palatası. Palata orada hər il yoxlama aparıb və heç vaxt problem “qeydə almayıb”. İndi niyə Palatanın adı çəkilmir? Necə yoxlama aparıblar? Çünki Səlim Müslümovun əsas dayaqlarından biri Heydər Əsədov olub. Düzdür, Müslümov nazir olanda Əsədov artıq Palatanın sədri deyildi. Amma palatanın yeni sədri və həmçinin palatadakı auditorların əksəriyyəti Heydər Əsədovun kadrı idi.

Audit zamanı əsas söz sahiblərindən biri AzTV-nin rəhbəri Arif Alışanovun keçmiş həyat yoldaşı Mehriban Alışanova idi. Və yaxud digər audit Firsənd Qurbanov Səlim Müslümovun həbsxana yoldaşı olub. Həmçinin Abel Məhərrəmovun qardaşı Adil Məhərrəmov də Palatanın sədr müavinidir. Yəni bunlar hamısı bir-birinə bağlı şəxslərdir. Buna görə də bütün audit yoxlamalarında nazirlik üçün “təmizlik kağızı” verirdilər.

İndi isə ortalığa çıxır ki, Səlim Müslümov 2,5 milyard pul “yeyib”. Bəs əgər onu Hesablama Palatası yoxlayıbsa, ona "təmizlik kağızı" veribsə, bu yeyinti haradan oldu?

Yəni məsələ tək Səlim Müslümovu tutmaqla həll olmur. Əsas başda duranlardan biri Heydər Əsədovdur, biri də onun kadrı Vüqar Gülməmmədovdur. Səlimin işlədiyi kadrların hamısı bu gün vəzifədədir.

O vəzifəyə gələn kimi öz kəmsavadlarını gətirib rəhbərliyə təyin etdi. Səlimin özü savadlıdır, amma heyif ki, savadı başqa istiqamətə işləyirdi. İndi də Hesablama Palatasında oturanlar elə şeylər edirlər ki, təccüblənirsən. Prezidentin də xəbəri olmur. Onlar dövlətin kökünü qazıyırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar