Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səkkiz ölkə Ayda tədqiqatlar aparacaq

ABŞ və daha yeddi ölkə - Avstraliya, Kanada, Yaponiya, Luksemburq, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri ötən gün NASA-nın “Artemis müqaviləsi”ni imzalayıb.

Xarici KİV xəbər verir ki, NASA (Milli Aeronavtika və Fəza Administrasiyası) Ay tədqiqatlarını vahid çərçivəyə salmağı hədəfləyən beynəlxalq platform olaraq düşünülən “Artemis müqaviləsi” üzərində çalışmaları barədə hələ may ayında, Dövlət Departamenti və Milli Fəza Şurası ilə Ay tədqiqatlarına dair qaydalar hazırladıqlarından sonra elan etmişdi. Proqram çərçivəsində Aya tədqiqat robotları və astronavtlar, o cümlədən ilk dəfə qadın göndərmək, Aydan torpaq və buz nümunələrini gətirmək də nəzərdə tutulur.

Artemis müqaviləsinin yekun sənədində Ayda mədənçilik fəaliyyəti, Ay səthinə dair ziddiyyətlərin aradan qaldırılması yolları kimi məsələlərə dair qaydalar təsbit olunub.

İmzalama mərasimindən əvvəl mətbuatla görüşü zamanı NASA rəhbəri Cim Braydenstayn (Jim Bridenstine) başlıca hədəflərinin Ay tədqiqatlarına dair hər kəsi vahid platformda toplamaq, habelə bununla bağlı gələcəkdə anlaşmazlıqların, ziddiyyətlərin qarşısını almaq olduğunu qeyd edib: “Biz hər ölkənin razılaşa biləcəyi müəyyən davranış normalarını bərqərar etməyə çalışırıq”.

“Artemis müqaviləsi”nə maraq göstərən daha bir sıra ölkə ilə danışıqlar aparıldığı, bu ölkələr arasında fəza tədqiqatları sahəsində liderlərdən olan Rusiya və Çinin olmadığı da diqqətə çatdırılıb.

“Artemis müqaviləsi” üçün rəhbər müddəaların 1967-ci ildə imzalanmış Xarici Fəza Sazişində yer aldığı da bildirilib. Həmin sənəd fəza tədqiqatlarının yalnız dinc məqsədlərə xidmət etməsi, fəzada kütləvi qırğın silahlarının yerləşdirilməməsi, yaxud Ayın ayrı-ayrı dövlətlərin suverenliyinə daxil edilməməsi kimi prinsipləri nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar