Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şəkidə avtobus sürücülərindən rüşvət tələb olunur? — Şikayət

Şəkidə avtobus sürücüləri nəqliyyat işçilərinin onlardan rüşvət istədiyini iddia edirlər. Bununla bağlı Şəkidə fəaliyyət göstərən 2 saylı marşrutun sürücləri tərəfindən Demokrat.az-a şikayət daxil olub. 

Şikayətdə iddia olunur ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Bölməsi əməkdaşları tərəfindən gündəlik 250-yə yaxın avtobus sürücüsündən adambaşı 3 manat pul alınır. 

Şikayətçilərin sözlərinə görə, qanunsuz pul yığımı Şəkinin mərkəzi poçtu və "Bazar" adlanan ərazisində nəqliyyat müfəttişləri tərəfindən həyata keçirilir. 

Şikayətçilər deyir ki, yığılan vəsaitdən əlavə aylıq hər avtobusa görə də 25 manat onlardan pul alınır. 

"Biz vaxtı vaxtında vergi və sosial ödənişlərimizi və aylıq 25 manat dövlət rüsumunu ödəyirik. Ancaq nəqliyyat işçiləri bizdən hər gün əlavə pul yığırlar. Gündəlik tələb olunan pulu ödəməyən sürücülər isə nəqliyyat işçiləri tərəfindən təqib olunaraq, cərimə yazılması ilə hədələnir", - deyə sürücülər bildirir. 

Şikayətçilər bu tapşırığın bilavasitə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Bölməsinin rəisi Ramin Əkbərov tərəfindən verildiyini iddia edirlər.

Sözügedən şikayətlə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə informasiya sorğusu göndərmişik. Sorğumuz cavablandırılan zaman oxuculara əlavə məlumat veriləcək. 

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Fransa parlamenti də “dqr”lə bağlı qanunu qəbul etdi

"Balaca Ermənistan Rusiyaya necə dayaq ola bilər?!" - Maksim Şevçenko

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

Əhmədzadənin qarabağlı müavini Füzuli uğrunda şəhidlər verdiyimiz günlərdə Londonda oğluna mənzil alıb - Foto

loading...

Ən çox oxunanalar