Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki Şəhər İcra Hakimiyyətində sakinlərin liftdən istifadəsinə icazə verilmir

İcra Hakimiyyətinə müraciət edən yaşlı insanlar yuxarı mərtəbələrə, bir növ, sürünərək çıxmağa məcbur edilir

Aşağıdakı fotolar Muxalifet.az xəbər portalının redaksiyasına oxucularımız tərəfindən Şəkidən göndərilib. Oxucumuz bildirir ki, bu fotolar Şəki Şəhər İcra Hakimiyyəti binasının içərisində çəkilib.

Məlumata görə, 6 mərtəbəli bina icra başçısı Elxan Usubovun kabineti yerləşən ikinci mərtəbəyədək təmirli olsa da, yuxarı mərtəbələr bərbad haldadır.
Bildirilir ki, İcra Hakimiyyətinin işçiləri bir neçə dəfə yuxarı mərtəbələrin yüngülvari təmir olunması üçün başçıya müraciət etsələr də, onların fikirlərinə əhəmiyyət verilməyib. Xüsusən də soyuq aylarda istilik sistemi normal fəaliyyət göstərmədiyi üçün binada inəmişlik olur ki, bu zaman da orada alışmaq mümkün olmur. Bununla belə, kimsə öz işini itirməmək üçün başçıya təkrar müraciət etməyə və yaxud ondan şikayət etməyə cəsarət etmir.

Mənbə onu da bildirir ki, binanın lifti olsa da, ondan sakinlərin istifadə etməsinə icazə verilmir. Bu səbəbdən, hansısa məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət edən yaşlı insanlar yuxarı mərtəbələrə, bir növ, sürünərək çıxmağa məcbur edilir.

Bundan əlavə, İcra Hakimiyyəti birinci mərtəbəsində binanı mühafizə edən polis tərəfindən şikayətə gələn vətəndaşlara kobud rəftar edildiyi də vurğulanır.

Xatırladaq ki, Şəkinin icra başçısı Elxan Zabir oğlu Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Redaksiyadan: Şəki Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar