Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkar edilib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsində əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanası, Cərimə Təcridxanası, rejim korpuslarına, kitabxana, istirahət otağı, Tibbi Sanitar Hissəyə, uzun müddətli və qısa müddətli görüş otaqlarına, mətbəxə baxış keçirilib, bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlığın olduğu, həbs edilmiş yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatmış şəxslə bir kamerada saxlanıldığı, İstintaq və Cərimə Təcridxanalarında yataq ləvazimatlarının çirkli və bir hissəsinin yarasız vəziyyətdə olduğu, Tibbi Sanitar Hissədə həkim çatışmazlığı müəyyən edilib.

Daxil olmuş müraciətlər yerində araşdırılıb, hər bir müraciət üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub. Təqsirləndirilən şəxslər və məhkumlar müraciətlərinin araşdırılmasına görə Müvəkkilə təşəkkürlərini bildiriblər.

Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq saxlanma şəraiti və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar