Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkər, hepatit və digər xəstəliklərin peyvəndi niyə tapılmır?

"Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da vaksinasiyaya başlanılır. Bu da o deməkdir ki, artıq dünyanı öz ağuşuna almış virusla mübarizədə yeni mərhələyə start verilib. Peyvənd rəqabətində insanların açıq qalan sualları mütləq olaraq cavablandırlımalıdır".

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, hələ ki, elmi tədqiqatlarla 100 faizlik effektivliyi sübut edilən vaksin təqdim olunmadığı üçün virusa qarşı daha yüksək səviyyəli peyvəndin bundan sonra da tapılması və istehsalı istiqamətində aparılan işlər davam etdiriləcək:

"Ona görə də 2021-ci ili virusla mübarizənin yeni mərhələsi adlandıra bilərik. Bununla da, peyvənd istehsalı ilə məşğul olan ölkələr arasında rəqabət yaranması gözləniləndir. Hələ ki, birinci nəsil peyvəndlərin tətbiq edilmə mərhələsi həyata keçirilir.

Bununla yanaşı, peyvənd sahəsində rəqabət həm də elmi tədqiqatların aparılması ilə bağlı davam etdirilən işləri də sürətləndirəcək".

Azərbaycanlı alim bildirib ki, peyvəndləmə pandemiyaya qarşı mübarizə strategiyasına aiddir:

"Ona görə də hər kəs bilməlidir ki, peyvəndlənmə mütləq lazımdır və bu, insanların sağlamlığı və təhlükəsizliyi üçündür".

Şəkər, hepatit və digər mövcud olan xəstəliklərə qarşı vaksinin niyə tapılmadığı və tətbiq edilmədiyi ilə bağlı sualımızı cavablandıran N.Abdullayev qeyd edib ki, bizim cəmiyyət də daxil olmaqla dünyanın ümumiyyətlə bütün cəmiyyətlərində bu və buna bənzər suallar var ki, bunun da yaranması normaldır:

"Amma bu tipli açıq qalan suallar peyvənd rəqabəti ili olacaq 2021-ci ildə elmə əsaslanan şəkildə mütləq olaraq cavablandırılmalıdır. Əks halda ağır nəticələri ola bilər. İlk olaraq insanlar bilməlidir ki, bu sualları yaradanlar məqsədli şəkildə bunları edir və bunun arxasında fərqli məqsədlər durur.

Misal üçün deyə bilərik ki, bu məqsədlərə insanların səhiyyə sistemlərinə olan etibarsızlıqlarından istifadə edib müəyyən narazılıqlar yaratmaq, ya bir peyvəndin digərindən üstünlüyünü sübut etmək istəyi, ya da virusla mübarizədə düzgün strategiya seçə bilməyən və heç peyvənd strategiyasını tətbiq edə bilməyən müəyyən insanların öz xalqı yanında özünü düzgün çıxartmaq cəhdləri daxildir. Bütün bu vəziyyətlərdən çıxış yolu isə hər ölkədə fərqlidir.



Azərbaycanda isə çıxış yolu bu həssas məqamda müvafiq qurumların insanlarla dürüst şəkildə açıq danışması və onların bütün suallarına elmə əsaslanan şəkildə cavab verilməsidir. Konkret sualınıza gəldikdə isə giriş hissədə bildirmək istəyirəm ki, ümumiyyətlə bir çox xəstəliklər var ki, onların tibbi olaraq yaranmasının səbəbi başqa olduğundan xəstəliyin müalicəsində peyvənd tapılmasının mənası yoxdur.

Sadaladığınız xəstəliklər barədə isə onu deyə bilərəm ki, bunu bir çox elm adamları bilir ki, 1-ci tip şəkərli diabetə qarşı insulin ilə zəngin olan peyvəndlər barədə kifayət qədər elmi tədqiqatlar var və bu elmi tədqiqatlar davam edir. Hətta bu istiqamətdə olan son tədqiqatlar antigenə əsaslanan immunterapiyanın buruna tökülən insulinlə birgə 1-ci tip şəkərli diabetin əmələ gəlməsini gecikdirə bilməsi və ya müəyyən formada qarşısını ala biləcəyi barədədir.

Hepatitlərlə bağlı isə onu deyə bilərəm ki, hepatit A və B-yə qarşı effektiv peyvəndlər var və bu artıq tibbdə istifadə olunur.

Hepatit C-yə qarşı isə peyvəndlə olmasa da effektiv müalicə, yəni dərman preparatları mövcuddur. Bir də əlavə etmək istəyirəm ki, başqa virus xəstəlikləri də mövcuddur ki, onlara qarşı peyvənd tapılmayıb. Ancaq bu, o demək deyil ki, bu istiqamətdə elmi işlər aparılmır".

Tibb elmləri doktoru vurğulayıb ki, koronavirusa qarşı bir il ərzində peyvəndin tapılması zərurəti isə bütün dünyada pandemiyanın əmələ gəlməsindən yaranıb:

"Ona görə də bu, qısa müddət ərzində oldu. Amma yenə də deyirəm ki, hazırda virusa qarşı təqdim olunan peyvəndlərin virusu tam, yəni ömürlük məhv edəcək xüsusiyyətə malik olması ilə bağlı heç bir elmi tədqiqatlar yoxdur.

Bu peyvəndlərin effektivliyi aparılan son tədqiqatlardan da göründüyü kimi bir neçə ay üçün bildirilir və uzun zamanlı təsirini bilmək üçün sadəcə zamanın keçməsini gözləmək lazımdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, birinci nəsil bu peyvəndlərin əsas məqsədi ağır kliniki gedişlərin və ölüm hallarının qarşısını alaraq səhiyyə sistemlərini qorxulu yüklənmədən qorumaqdır.

İkinci nəsil peyvəndlərin kəşfi və tətbiqi isə selikli qişa immuniteti yaradaraq virusa yoluxub xəstələnməkdən tam şəkildə qoruyacaq".

"Bəzi insanlar isə keçmişdə peyvəndlərin 20-30 ilə hazırlanmasını bildirib bugünkü peyvəndlərin effektivliyinə böyük sualla yanaşır. Əslində bu başa düşüləndir, amma həmin insanlar unutmamalıdır ki, bu gün tibb elmi 30-40 il əvvəlki tibb elmi deyil.

Bundan başqa isə həmin 20-30 ilə hazırlanan peyvəndlərin bir çoxunda pandemiya olmayıb və ya davam etməsi qısa zaman çəkib, ya peyvəndin uzun müddətli təsirinin isbatı gözlənilib, ya da tibb kifayət qədər irəliləməyib ki, peyvəndin tətbiqi üçün müəyyən inqilabi inkişafa nail olsun" - N.Abdullayev əlavə edib. (Azxeber.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar