Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhvən və ya qəsdən də olsa, Tramp İranla müharibəyə başlayır...

ABŞ prezidentinin bu qədər sərt şəkildə hücum etməsini heç kim gözləmirdi. Tehranın son variantları qiymətləndirməsi xeyli vaxt aparacaq...

Robert Fisk
“The Independent” qəzeti, 7 yanvar 2020-ci il

Bu vəziyyət təsadüfən yarandı, yoxsa qəsdən müharibə elan edilir? Hamımız Yaxın Şərqdə təsadüfən böyük bir müharibənin başlaya biləcəyini bilirdik. Amma heç kim Donald Trampın bu qədər sərt şəkildə hücum edəcəyini gözləmirdi. General Qasım Süleymanini öldürmək, şübhəsiz ki, İranın qəlbinə sancılmış bir oxdur. Bəs bu, kimə görə həyata keçirildi?

Tramp keçən il “iranlı ilanın başını kəsmək” barədə danışan və pilotsuz uçuş vasitələri ilə raket hücumuna - hansı ki, ABŞ bu hücumda İranı günahlandırmışdı - məruz qalan Səudiyyə kralı ilə arasındakı münasibətlərə görə öyünür. Bütün bunlar İsrailə görə baş verir? Yoxsa bu, sadəcə olaraq ABŞ-ın dəlisov prezidentinin verdiyi təsadüfi bir qərardır?

ABŞ-lı bir generalın (həmçinin, Əbu Mehdi əl-Mühəndis də İraqda İranı dəstəkləyən bir generaldır) Yaxın Şərq səfərində qətlə yetirildiyini bir təsəvvür edin. Bunun ardınca hava hücumları, İran nüvə mərkəzlərinə edilən hücumlar və Vaşinqtondan İranın xarici dünya ilə bütün əlaqələrini kəsmək təhdidləri gələrdi. Cümə günü Bağdadda bir amerikalının öldürülməsi və ABŞ səfirliyindən kənardakı etirazlar Amerikanın hu hücumlarını qanuniləşdirmir.

Süleymaninin rəhbərlik etdiyi İnqilab Keşikçiləri Qüds Qüvvələri o qədər də xüsusi bir ordu deyil. Amma Qasım Süleymani İrandakı ən güclü şəxslərdən biri idi. Həmkarı olan generalların fikrincə, Süleymani Qüds Qüvvələrinin Suriyadakı bir çox cəbhəsində risk alırdı və adamları bu böyük cəsarətinə görə ona heyran idi. Bu səbəbdən, ölümü gözlənilən bir hadisə idi. Lakin onu və əl-Mühəndisi öldürməsi üçün Amerikaya məxsus pilotsuz uçuş aparatının Bağdad Beynəlxalq Hava Limanına göndərilməsi gözlənilməz olub.

Amerikalılar uzun müddətdir İraqda və Suriyadakı İran tərəfdaşı olan milis qüvvələrinə hücum etməyə öyrəşib. Son aylarda eynilə İsrailin Suriya və Livana tez-tez basqın etməsi kimi, bu hücumlar da normal hala gətirilib. Lakin Tehranın düşməni olan sünni Əbubəkr əl-Bağdadinin öldürülməsi də ABŞ-ın hərbi əməliyyatı idi.

Amerikalılar istədikləri vaxt düşmənlərini yox etmək üçün sui-qəsd keçirməyə (ya da israillilərin dediyi kimi “hədəf göstərərək öldürməyə”) artıq öyrəşiblər. Üsamə bin Laden ilk qətl idi, ikinci Bağdadi, üçüncü də Süleymani oldu. Bu cür raketli ölümlər İsrail tərəfindən Həmas liderlərinin tez-tez sui-qəsdə məruz qaldığı Qəzzada davamlı olaraq həyata keçirilir.

Əslində, bu adamları önəmli hesab etmək asandır (özləri də elə olduqlarını düşünürlər). Məsələn, İranın Suriyadakı qüvvələri ABŞ tərəfindən çox vaxt şişirdilir. Suriyada 10 min İnqilab Keşikçisinin Qüds Qüvvələrinə üzv olduğu iddiası tamamilə yanlışdır. İstənilən halda 2000 olduğunu demək daha doğru olar. Bəli, İran kəşfiyyatının adamları Yaxın Şərqin hər yerinə yayılıblar. Lakin eyni şey ABŞ casuslarına da aiddir.

Tehranın ən yüksək səviyyəli kəşfiyyat nümayəndələrindən biri əvvəllər İranın Beyrutdakı adamı və daha sonra oradakı səfiri olan Qadanfar Rokon Abadi idi. Böyük ehtimalla, o Hizbullah və Suriya ilə bağlı hər kəsdən daha məlumatlı olub və 2014-cü ildə Tehrana qayıdıb. Bu hadisə Səudiyyənin dəstəyilə keçirildiyi iddia edilən sünni islamçıların Abadinin səfirliyinə hücum edərək səfirlik işçisini, Hizbullah keşikçisini və 23 sivili öldürməsindən sonra baş vermişdi. Rokon Abadi xilas olmuşdu, lakin 2016-cı ildə Məkkədə 464-ü iranlı olan 2300 nəfərin xaos vəziyyətində əzilərək həyatını itirdiyi Həcc ziyarətində iştirak etmişdi. İran bu hadisədə Səudiyyə Krallığını günahlandırmışdı və ölənlər arasında Rokon Abadi də vardı. Onun nəşi İrana çox gec göndərilmişdi. İranlı bir nümayəndənin sözlərinə görə, onun bütün orqanları alınıbmış. Lakin bunun səbəbi heç bir zaman bilinmədi.

Yaxın Şərqdə kəşfiyyatçılar hər zaman təhlükə altındadır. MKİ-nin Beyrut Stansiyası Rəhbəri Uilyam Baklini Hizbullaha aid olan İslami Cihad öldürü (Livan vətəndaş müharibəsində 1983-1992-ci illərdə aktiv olan şiə təşkilatı) və Baklinin qatili (və ya bu əmri verən şəxs) olduğu deyilən İma Maqniyeh də 2008-ci ildə Dəməşqdə bombalı bir hücumla qətlə yetirilmişdi. 1983-cü ildə bir intihar terrorçusu Beyrutda ABŞ səfirliyi qarşısında bomba partladaraq 32 nəfəri öldürmüş və binadakı toplantıda iştirak edən MKİ casuslarının çoxunu yox etmişdi.

Digər tərəfdən, ABŞ seçkiləri də yaxınlaşır və Tramp qalib gəlmək istəyir. Bağdadda Süleymanini hədəf almaq Respublikaçıların gözündən pərdə asacaq.

İran təhqirlərə və hücumlara hər zaman səbrlə və gec cavab verir. Adrian Darya və Stena İmpero adlı iki neft tankerini xatırlayırsınızmı? Lakin məsələ artıq fərdi müstəviyə keçir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar