Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sehrli mücrü”, İngilis əsgərini yeyən mexaniki pələng, “Kohinur” almazı…

Müstəqilliklə birgə 10 yaşlı qızdan daha nələr oğurlanıb?

Adata Nataşa Kini

“The New York Times”, 27.06.201

Ötən həftə “Christie’s”-də hərraca zərgərlik məmulatları çıxarılıb: Qətərin kral ailəsinə məxsus, hind-Moğol hökmranlığı dövrünə aid xəncərlər, portretlər və s. Satış 109 milyon dollara başa gəlib. Hind incəsənəti və Moğol əşyaları ilə bağlı istənilən hərracla müqayisədə ən yüksək göstərici.

Şeyx Həməd bin Abdullah əl-Saninin topladığı, müstəmləkə keçmişinin bu nümunələri Hindistandan hədiyyə, əslində, qənimət olaraq çıxarılıb.

Oğurlanmış mirasın ən yüksək qiymətə satışı – əxlaqsızlıqdır!

Bu əşyalar geri qaytarılmalıdır!

Hərracda Tipu Sultanın qızıl “sehrli mücrü”sunü gördüm. Doğulduğum Maysurda, 18-ci əsrdə Maysur Krallığının hökmdarı olan Tipu Sultan 1799-cu ildə, dördüncü ingilis-Maysur müharibəsində öldürülüb.

Sriranqapatnada əlbəyaxa döyüş zamanı Britaniya əsgəri Tipunun qızıl kəmərini qoparmağa çalışıb. Tipu ona cavab zərbəsi endirdikdə, əsgər başına atəş açıb.

Sonradan Tipunun çılpaq meyiti tapılıb.

Sriranqapatnada cəsədlərin sayını vecinə almayan britaniyalılar Tipunun varidatını qəpiyinədək sayıblar: bir milyon funt sterlinq dəyərində qızıl sikkə, silah, zireh, mebel, gözəl parça və əlbəttə, zinət əşyaları.

2012-ci ildə bir sıra əşyaların siyahısı, o cümlədən York hersoqu III Corc üçün Tipunun taxtından götürülmüş pələng başı ortaya çıxdıqdan sonra siyahının özü hərraca qoyulub.

Tipunun mücrüsü “Ost İndia” generalı Robert Belldən dostu ser Çarlz Hopkinsona hədiyyə verilib, o da böyük qardaşı oğlu Hans Uilyam Sotbiyə. Arvadı Şarlott Korniş mücrünü ikinci ərinə, İnqrem Bayuoterə ötürüb. O da 1914-cü ildə Robert Bellin nəticəsi Çarlz Frencis Bellə verib. Bundan sonra mücrü bir neçə dəfə satılıb. “Sotheby`s” 2005-ci ildə “sehrli mücrü”nü hərraca çıxarıb. O, anonim alıcıya telefonla 495 min dollara satılıb.

İngilis əsgərini yeyən mexaniki pələng – “Tipu pələngi” (bəzi ingilis qadınlarının qorxu mənbəyi) isə hələ də Londonda, “Victoria & Albert” Muzeyində ən məşhur eksponatlardan biri olaraq qalır.

Bildiyimiz kimi, İngiltərə Hindistandan 45 trilyon dollar oğurlayıb. Bu məbləğ İngiltərənin illik ÜDM-dən 17 dəfə çoxdur.

2014-cü ildə britaniyalıların təxminən 60 faizi imperiyadan qürur duyduqlarını və yalnız 15 faizi müstəmləkəçiliyin pis olduğunu bildirib.

Hindistan parlamentinin üzvü Şaşi Tharur 2015-ci ildə təzminatlarla bağlı çıxışında deyib ki, “İngiltərədə sənaye inqilabı əslində, Hindistanı sənayesizləşdirmə sayəsində baş verib”. Tharu Britaniyanı üzr istəməyə çağırıb.

Müstəmləkə artefaktları əsasında üzr diləməsi kifayət deyil: onların qaytarılması yeganə həldir.

Britaniya mədəni irsinin qaytarılması üçün Hindistanın tələbini bir neçə dəfə rədd edib. O cümlədən 1849-cu ildə padşahlığının suverenliyi ilə birlikdə oğurlanmış 10 yaşlı qız hökmdarın “Kohinur” almazı və 1862-ci ildə oğurlanan Sultanqanc Buddası.

Sonuncu artefakt dəmir yolu tikintisi zamanı qədim monastırda aşkar edilib. “Kohinur” almazı indi London Qülləsində (Tauer) və Sultanqanc Buddası Birminqhem Muzeyində saxlanılır.

Britaniya 2016-cı ilin repatriasiya çağırışlarına cavab olaraq, muzeylərdə saxlanılan əşyalarla bağlı onların sərəncam vermək hüququnu ləğv edən 1963-cü il tarixli qanuna istinad edir. 2010-cu ildə baş nazir David Kameron bildirib: “Bəli, onlar yerində qalmalıdır, yoxsa Britaniya muzeyləri boş olacaq”.

“Christie”-nin zərgərlik əşyaları üzrə beynəlxalq rəhbəri Rahul Kadakiya əl-Sani kolleksiyası barədə deyib: “Bu, yaşayan tarixdir”. Ancaq mədəni mülkiyyətimiz tarixi kontekstdən qoparılıb. Mədəniyyət hərəkətdir, mədəniyyət hərəkətdədir. Cazibədar ekzotik gözəllik cib tarixi kimi saxlanıla bilməz. “500 illik tarixi” satmaq mümkün deyil.

Bu sənət əsərlərinə bağlılıq Şərqin fetişləşdirilməsi və mədəni amneziya ilə izah oluna bilər. Amma müstəmləkə əsərlərinin özəl satışı qanunsuzdur. Muzeylərdən fərqli olaraq, o, heç bir ictimai fayda daşımır. Şəxsi kollektorların mülkiyyət hüququna toxunmaq çətindir. Amma talan edilmiş əsərlərin beynəlxalq satışı qeyri-qanuni hala gətirilməlidir. Dövlətlər repatriasiya məsələsini, çətin bir təklif olsa belə, müzakirə edə bilərlər.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar