Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən şahmatın rapid və blits üzrə Superbet turnirində Şəhriyar Məmmədyarov ikinci pillədədir...

Rapid üzrə keçirilən doqquz turdan sonra Şəhriyar 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məmmədyarovla eyni xala malik şahmatçılar Niderland təmsilçisi Aniş Qiri və ermənistanlı Levon Aronyandır. Birinci sıraya isə heç kimin gözləmədiyi halda, ukraynalı şahmatçı Anton Korobov rəhbərlik edir. Onun aktivində 12 xal var.

Qeyd edək ki, şahmatçımız doqquz tur ərzində Le Kuanq Lyem (Vyetnam), Vladislav Artemyev (Rusiya), Vişvanatan Anand (Hindistan), Anton Korobov (Ukrayna), Levon Aronyan (Ermənistan) və Sergey Karyakin (Rusiya) heç-heçə edib. Yalnız IV turda Uesli Soya (ABŞ) uduzan Şəhriyar Məmmədyarov Aniş Qiri (Nideland) və Fabiano Karuananı (ABŞ) məğlub edə bilib.

Bu gün turnirdə blits partiyalara start veriləcək. 18 turdan ibarət olan blits görüşlər bu gün və sabah baş tutacaq.(oxu.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? - Video, Foto

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

“Bakıda o qədər məzmunsuz adamların adına küçə var ki…”

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa ilə icra başçısı arasında qalmaqal

loading...

Ən çox oxunanalar