Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cari ildə heç bir rəsmi oyun keçirmədən dünya şahmatçılarının reytinqində öz mövqeyini yaxşılaşdırıb.

“Sputnik Azərbaycan”ın məlumatına görə, şahmat ustası aktivindəki 2 770 xalla dünya sıralamasında 8-ci yerdən 7-ci yerə yüksəlib. Bu, fransalı şahmatçı Maksim Vaşye-Laqravın ənənəvi “Tata Steel Masters” turnirindəki uğursuz çıxışı sayəsində mümkün olub.

Bugünlərdə Veyk an-Zeydə keçirilən turnirdə Laqrav 8 turdan sonra 18,8 xal itirərək, 2765,2 xalla dünya reytinqində 5-ci yerdən 10-cu yerə düşüb. O, itirdiyi xalların sayına görə ilk 10-luq şahmatçıları arasında rekordçudur. İkinci yeri rusiyalı Andrey Yesipenkoya məğlub olduqdan sonra 17,7 xal itirən hazırkı dünya çempionu Maqnus Karlsen tutur. Lakin böyük xal ehtiyatına görə, norveçli reytinqdəki irinciliyini qoruyub saxlayıb.

Yeri gəlmişkən, Məmmədyarov da Veyk an-Zeydəki turnirə dəvət alıb, lakin koronavirusa yoluxması səbəbindən orada iştirakdan imtina edib.

Digər şahmatçımız Teymur Rəcəbov isə şahmatçıların reytinqində ilk onluqdakı yerini itirərək, 2 765 xalla 11 yerə düşüb. Buna səbəb niderlandlı şahmat ustası Aniş Qirinin hesabını 3 xal artıraraq, 11-ci yerdən 9-cu yerə qalxması olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar