Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhnədə Rusiya və Çindir: Uyğur kartı...

Son hadisələrdən sonra dünyaya baxdıqda görürük ki, artıq terror qorxusu yaşamayan ölkə qalmayıb. Afrikada, Avropada, Asiyada və Yaxın Şərqdəki bir çox ölkə sarsıldı…

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 25 sentyabr 2019-cu il

Bu durumu necə qiymətləndirmək olar? Türkiyənin Rusiya-İran-Çin üçlüyü ilə olan yaxınlığını da nəzərə alaraq analiz etmək lazımdır.

ABŞ-ın “Aramco” hücumunu təşkilatlandırması və sonra da uyğur türklərinə sahib çıxdığını bildirən bir açıqlama verməsi vəziyyəti aydın şəkildə göstərir. Bu, o deməkdir ki, Çin əvvəlkindən daha çox hədəfdə olacaq və ABŞ uyğur türkləri vasitəsilə Ankaranı da, türk respublikalarını da Çindən uzaqlaşdırmaq istəyəcək.

Həmçinin, uyğurlarla birlikdə müsəlman kartını da masaya qoydu. Bəs bunun arxasında nə var?

Pentaqon tək qütblü Yeni Dünya Sistemi yaradarkən, Rusiya və Çin kimi ölkələr də özlərinin təsirli olacağı çox qütblü dünya qurmaq üçün çalışırlar. Dünyanın mərkəzində bu problem dayanıb.

Məsələn, Rusiyanın Xarici İşlər naziri Lavrov bu məsələni daha yaxşı açıqlayıb:

“Vaşinqtonun planı göstərir ki, iraqlılar, liviyalılar, suriyalılar və Afrika ölkələri öz qərarlarını verə bilmirlər. Bu, ABŞ-ın seçdiyi liderlərdən öz maraqları üçün istifadə etməsindən xəbər verir. Sovet İttifaqı dönəmində ABŞ istədiyini edə bilmirdi. Heç indi edə bilmir. Amma sırf buna görə Rusiya da daxil olmaqla, bir çox ölkə hədəfə qoyulur. Rusiya yaşadıqca ABŞ-ın bu planı baş tutmayacaq. Hər bir ölkə öz istədiyi ölkə ilə ortaqlıq edəcək. Vaşinqton ne edir etsin, ölkələr öz qərarlarını özləri verəcəklər”.

Bəs Pentaqonun planı nədir?

Pentaqon 7 Amerika ailəsinin istəklərini həyata keçirmək üçün mübarizə aparır. Pentaqonun tək qütblü dünya üçün israr etməsinin arxasında dünyanı idarə edən 7 Amerika ailəsi var.

Bu 7 ailə Şükran günündən 1 həftə əvvəl toplaşır və həmin il baş verəcək hadisələrin üstündən keçirlər. Bu yığıncaqda verilən qərarlar lazımi orqanlara gedir və biz il ərzində bu qərarları yaşayaraq görürük. “İraqla İran arasında müharibə yaradaq”, “ Avropa Birliyini dağıdaq”, “Ərəb Baharı vasitəsilə sözə baxmayan diktatorları devirək”, “Neft qiymətlərini qaldıraq və ya endirək”, “Camal Qaşıqçı bizimlə bağlı araşdırma aparır, onu da öldürək, lakin bunu ABŞ daxilində etməyək” deyib, bir çox qərarlar aldılar və hamısını da tətbiq etdilər.

Pentaqon da bu planlarda əlaltı kimi iştirak edib. İndi həmin ailələr ortaya çıxmamış bu qərarları ala bilərmi? ABŞ prezidenti Tramp da bu ailələrin hədəfindədir. Bu ailələr təkcə silaha hökm edərək böyüyüblər. Amma indi pula, enerjiyə, hətta, irqlərə və millətlərə də hökm etmək istəyirlər. Buna görə də, təsirlərini artırmaq üçün yeni xaos planı hazırlayır.

Bir neçə gün əvvəl Misirdə Sisiyə qarşı etiraz aksiyası başladılıb. Bu aksiyalar Sisini devirə bilərmi? İndi çətin məsələdir. Amma Sisinin devrilməsi ilə birlikdə bölgədə yeni bir dönəm başlaya bilər və bu da heç yaxşı olmaz. Həmin ailələr də hələlik Sisinin qalmasını istəyirlər. Digər tərəfdən də “BRİCS” və Şanqay Ortaqlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, “ASEAN” (Cənub-şərqi Asiya Millətlər Birliyi) çox qütblü dünya qurmaq üçün Rusiyanın və Çinin yaratdığı təşkilatlardır. ABŞ-ın hədəfində olan bu quruluşlar günü-gündən böyüyür.

ABŞ-ı idarə edən 7 ailədən başqa digər ailələrin də dəstəyini alan bu təşkilatlar çox qütblü mərkəzin önə çıxan qurumlarından idi. Çünki 50-dən çox ölkə bu təşkilatlara üzv olub. Rusiya Avrasiya birliyi üzərindən çox qütblü bir dünya yaratmaq istəyir. Avrasiyada olan hər bir ölkə də bunu qəbul edir. İpək Yolu hər nə qədər Çini böyütsə də, 65 ölkədən öəgər bir neçəsi bu zəncirdən çıxsa, böyük bir dağıntı meydana çıxar. Yəni o 65 ölkənin hər biri qütbün bir hissəsi olacaq.

Bu səbəbdən, Vaşinqton Pentaqon qanadı ilə birlikdə 65 ölkənin hər birində təsirli olmağa çalışır. Ən azından zənciri poza biləcək ölkələrdə - məsələn, Rusiya kimi.

ABŞ bilir ki, bu ölkələr Yeni Dünya Sistemi planını bitirə biləcək.

65 ölkənin yer alacağı bu yeni birlik Avropa Birliyi də daxil olmaqla, yer üzündə bu günə qədər qurulan ən böyük klub olacaq. Bu klub “qazananlar klubu” olacaq. ABŞ bir neçə ölkə ilə birlikdə itirənlər siyahısında olacaq.

Rusiya və Çin Yeni Dünya Sisteminin ən önəmli iki ölkəsi ola bilərmi? Əlbəttə, ola bilər. Bəs Çin işğalçılıq siyasəti apararaq ABŞ-ın etdiyini edə bilərmi? Mümkündür. Ona görə də, Rusiya və Çin heç vaxt sonacan birlikdə yol gedə bilməz.

Çox qütblü dünya ABŞ-ın olmadığı bir dünyadır. ABŞ-ın çöküb çökməyəcəyini bilmək olmaz, amma dəqiqdir ki, təsirini itirəcək. Buna görə də ABŞ Türkiyə kimi bir ölkəni yanında saxlamaq istəyir. Türkiyə yanında olmayanda da aqressivləşir. Vaşinqtonun atdığı bütün addımlarda 7 ailənin istəklərini görə bilərik. Tramp buna mane olmağa çalışsa da, onlar yola davam edirlər. Tək qütblü və ya çox qütblü dünya sistemində ən önəmli ölkələrdən biri Türkiyədir. Ona görə də təzyiqlərə məruz qalır.

Gözlər Ankaranın üzərindədir. Ərdoğan da bunu başa düşdüyü üçün həm Trampla, həm də Putinlə nizamlı şəkildə addımlamağa çalışır. İqtisadi təzyiq sahəsi yaradanların əsas məqsədi Türkiyənin tezliklə bir qərar verməsi üçündür. Buna qarşı mübarizə aparan Berat Albayrak da hədəfdədir.

Türkiyə İpək Yolu, çox qütblü dünya və 65 ölkənin daxil olduğu zəncirdə yer alsa da və ya tək qütblü dünyada iştirak etsə belə, yenə önəmli bir ölkə olacaq. Amma bu, o demək deyil ki, Türkiyə çətinlik çəkməyəcək.

Əgər qlobal bir oyun gedirsə, istənilən halda türk dünyası və müsəlmanlar da bunda iştirak edəcək. Ona görə də, təzyiqləri artırırlar. Bu dönəm təkcə bizim üçün yox, bütün dünya üçün çətin olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar