Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı

Məhkəmə Kollegiyanın iddiasını təmin edib.

Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.

Məhkəmə Kollegiyanın iddiasını təmin edib. Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən iclasda Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Bu barədə Meydan TV-yə Şəhla Hümbətovanın vəkili Elçin Sadıqov məlumat verib.

Kollegiya məhkəməyə müraciətində bildirib ki, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib.

Bu əsasla da onun Vəkillər Kollegiyasındakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib.

Şəhla Hümbətova Meydan TV-yə bildirib ki, qərar siyasidir, məhkəmə də siyasi qərarı icra edib.

Onun sözlərinə görə, insan hüquqları ilə məşğul olan vəkilləri Kollegiyadan uzaqlaşdırmağı dövlət orqanları tələb edir: “Əvvəllər bunu açıq şəkildə icra edirdilər. Amma indi Kollegiya da bu siyasi sifarişi müxtəlif bəhanələrlə pərdələyərək gerçəkləşdirir”.

Qərar kollegiyanın 2020-ci il noyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.

Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.

2020-ci il martın 4-də ABŞ Dövlət Departamenti Şəhla Hümbətovaya “Cəsarətli qadınlar” mükafatını (IWOC) təqdim edib

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar