Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Səhiyyə Nazirliyi ləğv olunub! - qurumun qaynar xəttindən açıqlama

Səhiyyə Nazirliyinin qaynar xəttində zənglərə cavab verən əməkdaşlar vətəndaşlara nazirliyin ləğv olunduğunu bildiriblər...

AFN-ə bununla bağlı göstərilən səs yazısından aydın olur ki, paytaxtda it dişləyən uşağa iynə vurdurmaq istəyən valideyni xəstəxanalar (3 saylı Şəhər Klinik və Kliniki Tibbi Mərkəz) qəbul etməyib. Vətəndaş rastlaşdığı problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib. Bu zaman ona cavab verən əməkdaş bildirib ki, xəstəxanaların heç biri nazirliyin tabeliyində deyil: "Səhiyyə Nazirliyi daha o məsələlərlə məşğul olmur. Biz rəhbər deyilik. O xəstəxanalara İcbari Tibbi Sığorta Agentliyi, onun TƏBİB xidməti rəhbərlik edir". Vətəndaş "TƏBİB-də telefona cavab vermirlər, o zaman Səhiyyə Nazirliyi ləğv olunsun, biz də bilək işimizi" dedikdə isə nazirliyin artıq ləğv olunduğunu deyiblər: "Artıq ləğv olunub!"

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar