Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi evdə müalicə alan COVID-19 xəstələrinin yaxınlarına müraciət edib

Səhiyyə Nazirliyi ev şəraitində müalicə alan COVID-19 virusuna yoluxan vətəndaşlara onlarla birlikdə yaşayan yaxınları ilə xüsusi davranış qaydalarına əməl etməyi tövsiyə edib... 

PİA.az xəbər verir ki, nazirliyin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova koronavirusa

yoluxan yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda danışıb.

N.Daşdəmirova həmin pasiyentlərin öz evlərində sahə həkimin nəzarəti altında müalicə alan zaman ilk növbədə ayrıca bir otaqda izolyasiya olunmaqlarını məsləhət görüb: "Belə şərait olmadığı halda xəstənin yatağı digərlərdən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özləri və ətrafdakıları virusa yoluxmadan qorunmuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə olunur. COVID-19-a yoluxan pasiyent yaşayış yerini tərk etmədən 21 günlük karantin müddətinə riayət etməlidir".

O qeyd edib ki, bu müddət ərzində koronavirusa yoluxan xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər: "Bu mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür. Yüngül simptomlu və ya simptomsuz xəstələr üçün yeməyin hazırlanması zamanı riayət ediləcək gigiyenik qaydalara gəlincə, immuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır".

İşçi qrupunun üzvü xəstənin şəxsi gigiyena vasitələri və yemək qablarının ayrı saxlanılmalı olduğunu bildirib: "İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. COVID-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayelərlə təmizlənməli, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalı, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyə olunur. Sahə həkimi gündə 2 dəfə COVID-19 testi pozitiv nəticə verən vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb onları nəzarət altında saxlayır. Buna görə də pasiyent və yaxınlarına həkimin xəbəri olmadan hər hansı tibbi preparatı qəbul edib özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur".

Nailə Daşdəmirova COVID-19 viruslu xəstələrə və onlarla birlikdə yaşayan yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşqul olmağı, stressdən uzaq qalaraq pozitivliyə köklənməyi məsləhət görüb: “Karantin müddəti ərzində özünüzü və yaxınlarınızı qorumağa çalışın və bütün qaydalara riayət edin. Unutmayın ki, sizin məsuliyyətiniz hamımızın sağlamlığıdır”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar