Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi 40 yaşa qədər əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb

Azərbaycanda qızılca xəstəliyi ilə bağlı son duruma aydınlıq gətirilib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva Lent.az-ın canlı yayımında bildirib ki, qonşu ölkələrdə müşahidə olunan epidemiya halı Azərbaycanda qeydə alınmasa da, qızılcaya yoluxanlar var:

“Yoluxmanın əsas səbəbi miqrasiyanın, ölkəyə xarici ölkələrdən gələnlərin çoxluğudur”.

Afaq Əliyeva deyib ki, 2006-cı ildə Azərbaycanda qızılca-məxmərəyə qarşı böyük peyvəndləmə kampaniyası aparılıb. Həmin kampaniya 7-35 yaşa qədər 2 milyona qədər insanı əhatə edib. Bunun nəticəsində 2008-ci ildən 2013-cü ilin iyul ayına qədər ölkədə qızılca qeydə alınmayıb.

2013-cü ildə ölkədə 164 belə hadisənin qeydə alındığını deyən A. Əliyeva bildirib ki, həmin vaxt yenidən immunlaşdırma aparılıb. 2018-ci ilin noyabr ayının sonuna qədər ölkədə qıızılca qeydə alınmayıb: “Ötən ilin noyabrından sonra qızılca xəstəliyi yenidən qeydə alındı. Ölkədə müşahidə olunan qızılca xəstəliyinin 80 faizindən çoxu böyüklər arasında qeydə alınır”.

A.Əliyevanın sözlərinə görə, Səhiyyə Nazirliyi bunun qarşısını almaq üçün martın 1-dən 40 yaşa qədər əhali arasında peyvəndləmə aparmağa başlayıb: “Martın 1-dən indiyədək ölkədə 100 min nəfər qızılca-məxmərəyə qarşı peyvənd olunub. Peyvəndləmə kampaniyası aprelin sonuna qədər davam edəcək. İndiyədək qızılcaya qarşı peyvənd olunmayan 40 yaşa qədər əhalini ərazi üzrə poliklinikalara gedib peyvənd olunmağa çağırırıq. Bütün poliklinikalarda uyğun peyvəndlər var”.(Ona)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar