Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə nazirinin AzTV-də danışdığı yalanlar – Apteklərdə maska və spirt tapılmır, Oqtay Şirəliyev!

Oqtay Şirəliyevin dövlət başçısının birbaşa iradəsi daxilində həll edilən məsələləri öz adına çıxması böyük qəbahətdir

Dünyanın üzləşdiyi bu dərd-bəladan xilas olmasaq da, ən azından illərdir “reanimasiyada olan səhiyyəmiz”də Azərbaycan vətəndaşlarının sevinməsinə səbəb olan hallar da baş verir. Məsələn, bu bayram günlərində ölkə vətəndaşları Azərbaycanda səhiyyə naziri olduğunu gözləri ilə gördülər. Son illərdə adi xəstəxana açılışlarında belə üzünü görə bilməyən ölkə əhalisi üçün Səhiyyə naziri Oqtay Şirəliyevin görüntülərinin ekranda peyda olması doğrudan da böyük xoşbəxtlikdir. Bizm xoşbəxtliyimiz bununla məhdudlaşmayıb. Dəyərli Səhiyyə naziri uzun illər aradan sonra Azərbaycanın dövlət televiziyasına müashibə də verib. Bununla da indiyə qədər sadəcə “informasiya blokadası”nda olan ölkə əhalisi bir çox həqiqətlərdən hali olub. İndi onları sadalayaq.

Oqtay Şirliyev 10 mlyonluq əhaliyə hörmətsizlik nümayiş etdirir

Birincisi, sən demə koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirilməsi sırf Səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi əlaqələri və gücülü iradəsi sayəsində mümkün olub. Halbuki neçə gündür mediada bu təxirəsalınmaz tədbirin hörmətli Prezidentimizin təşəbbüsü və qətiyyəti sayəsində həyata keçirildiyini bilavasitə özünün çıxışındakı ifadələr əsasında öyrənmişik. Səhiyyə naziri isə nədənsə Prezidentin adını çəkmək bir tərəfə bunu öz adına çıxır.

AzToday.az xəbər verir ki, nazirin müsahibəsindən belə çıxır ki, koronavirusun yayılmasının ilk günlərindən müvafiq tədbirlər görülməsi üçün Baş nazirə və Nazirlər Kabinetinə tapşırılar verən, bu göstərişlər əsasında Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, dövlət hesabından koronavirusa qarşı tədbirlər üçün vəsait ayrılması və Azərbaycanda görülən digər təxirəsalnmaz tədbirlərin başında şəxsən onun özü dayanıb.

Baxmayaraq ki, bu genişmiqyaslı tədbirlər başlayandan martın 23-ə qədər hamı səhiyyə naziri Oqtay Şirəliyevin mövcudluğu barədə şübhəyə düşmüşdü. Ona görə ki, bu nazir bircə dəfə də olsun çıxıb əhaliyə hansı tədbirlərin görülməsi barədə iki cümləlik məlumat da verməmişdi. Hələ biz birbaşa onun səlahiyyətləri daxilində olan məsələlərdəki çətinliklərlə bağlı əhalinin haqlı suallarının gösdə asılı qaldığı haqqında danışmaq istəmirik.

Bu vəziyyətə baxmayaraq, Səhiyyə naziri Oqtay Şirəliyev isə artıq bütün əhalinin bildiyi məlumatları ortaya ataraq Çin və İtaliyada koronavirusun yayılmasını müqayisə edir. Çinliləri tərifləyir, gördükləri tədbirləri alqışlayır, İtaliyadakıları isə bu məsələyə laqeyd və çox yüngül yanaşmaqda (??? – ifadə özünə məxəsusdur) suçlayır. Nə qədər acınacaqlı olsa da, “Görürsünüz ki, ölkə nə gündədir” sualını verərək İtaliyanı az qala lənətləyən O.Şirəliyevin həmin ölkədə ölənlərin onun iddia etdiyi kimi orada lazım olan təchizat və avadanlıqdan deyil, başqa səbəblərdən qaynaqlandığından xəbəri yoxdur.

Bu adam dünyadan o qədər bixəbərdir ki, heç olmasa, qonşu Türkiyənini Səhiyyə naziri Fəxrəddin Kocanı özünə nümunə götürüb əhaliyə mütəmadi məlumat verməyi özünə sığışdırmadı. Bununla da, Oqtay Şirliyev 10 milyonluq əhaliyə hörmətsizlik edib. Hərçənd ki, onu vəzifəyə gətirən dövlət başçısı dəfələrlə deyib ki, vəzifəli şəxslər xalqa, vətəndaşa xidmət üçün həmin vəzifədə qalır. Məhz bu səbəbdən Şirəliyev kimi, koronavirusdan şəxsən qorunmaq üçün xalqın qabağına çıxmağı da özünə rəva görməyən vəzifəli şəxslər bu xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar.

Apteklərdə maska və spirt tapılmır, Oqtay Şirəliyev!

Türklər demiş “üzünü görən cənnətlik” səviyyəsində “fantomaslıq” edən Oqtay Şirəliyev elə danışır ki, sanki bunun böyük xidmətləri sayəsində artıq Azərbaycanda koronavirusun yayılmasının qarşısı alınıb. Halbuki Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı mütəmadi məlumatlara görə, ölkədə hər gün 10 nəfərə yaxın yoluxma halları qeydə alınır. Səhiyyə naziri harada fəaliyyət göstərir?

Yoxsa bu adam niyə sırf ondan asılı olan daxildə görülən və görülməli olan tədbirlər haqqında deyil, xəstəliyin qarşısınının dünyada alınmasının çətinliklərindən danışmağa daha meylli olduğunu sübut edir? O daxildən yox, dünyadan danışır, özünün mülahizələrinə əsasən xarici ölkələrdə daha ciddi sərt tədbirlər görülməsə, vəziyyətin tam dəyişə biləcəyi, xəstələrin sayının yüz minlərlə arta biləcəyindən danışr.

Nə əcəbsə, onun xarici ölkələrlə bağlı münəccimliyi Azərbaycan barədə danışanda yox olub gedir. Səhiyyə naziri iddia edir ki, Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almayıb. Halbuki hazırda dünyada olan ən savadlı və güclü mətəxəssis bu cür proqnoz verməkdən çəkinir.

O.Şirəliyevin yalanları bununla bitmir. O qeyd edir ki, Azərbaycanda digər xəstəliklərlə bağlı həkimə müraciət olunmasında problem yoxdur. Onun sözlərinə görə, vətəndaşlar bütün hallarda həkimə müraciət edə bilərlər. Halbuki artıq neçə vətəndaşdan aldığımız siqnallara görə, hətta təcili əməliyyat olunmaöa ehtiyacı olanların, əvvəlcədən əməliyyat üçün vaxt alanların müraciətlərinə indiki vəziyyətlə bağlı imtina cavabı verilməsi, həmçinin bəzi xəstəxanalarda əməliyyatsonrası prosedur üçün həkimə müraciət edənlərə imtina halları mövcuddur. Buna görə də Səhiyyə nazirini yalan danışmağa nə vadar etdiyini başa düşmək çətindir.

İndi isə Oqtay Şirəliyevin yalanlarını ortaya çıxaran ən maraqlı məqama gələk. Nazir deyir ki, bu gün ölkədə tibbi ləvazimat sarıdan heç bir qıtlıq müşahidə olunmur. Halbuki nəinki antibiotik və hazırda tələbat daha çox olan digər dərmanlar, adi maska və spirt tapmaq Azərbaycanın paytaxtında banklarda ABŞ dolları tapmaqdan müşkül məsələyə çevrilib.

Səhiyyə naziri özün zəhmət verib evdən çıxsın, yox onun yaşı çoxdur, evdən çıxmasın, bir nəfər göndərsin evinin həndəvərinndə yerləşən iki-üç aptekdən maska və ya spirt soruşsun. Əgər, olsa, qoy ömürlük Səhiyyə naziri işləsin.
Onun çıxıb televiziyada öz adına çıxdığı məsələlər, o cümlədən, Azərbaycana lazım olan bütün təcili məhsulların, dərmanların, ləvazimatların ciddi nəzarət altında ölkəyə gətirilməsi, xəstəliyə yoluxmanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görlüməsiş ölkədə müvafiq laboratoriyaların tam gücü ilə işləməsi, müvafiq xəstəxanalarda çarpayı və xəstəxana sayının artırılması, xüsusi həkim briqadalarının yaradılmasının ya ona dəxli yoxdur, ya da Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan bütün hökumət üzvlərinin və xüsusi quurmların, habelə Ümumdünya Səhiyyə Təşkilatının səyləri ilə görülən işlərdir. Bu işlərin və tədbirlər başında isə bütün ölkələrin dövlət və ya hökumət başçılarının evində izolyasiya olunduğu halda bayram günlərində fasiləsiz çalışan Azərbaycan Prezidenti İlham Əliyev dayanır. Ona görə də Oqtay Şirləliyev dövlət başçısının birbaşa iradəsi daxilində həll edilən məsələləri öz adına çıxmaqla böyük qəbahətə imza atır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar