Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin yeni doğulan qızının adını Şuşa qoydular

Vətən müharibəsində rəşadətlə döyüşərək şəhid olan kapitan Elçin Ağayevin üçüncü övladı dünyaya gəlib.

PİA.az xəbər verir ki, yeni doğulan qız övladına şəhid Elçinin həsrətində olduğu Şuşa şəhərinin şərəfinə Şuşa adı qoyulub.

Elçin Ağayev 7 iyul 1993-cü ildə Cəlilabad rayon Günəşli kəndində anadan olub. 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vurub. O zaman gənc leytenant təyinatını da öz istəyi ilə cəbhə bölgəsinə almışdı.

E.Ağayev Vətən müharibəsində ilk döyüşlərə Tərtərin Talış kəndi istiqamətində qatılmışdı. Düşərgə postuna komandirlik edən kapitan Elçin Ağayev Suqovuşan azad edilənədək şərəfli döyüş yolu keçib. Oktyabrın 6-da Suqovuşanda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Zabitimiz düşmənin üzərində tam qələbə çalmağımızı arzulayırdı. Ən böyük arzusu Şuşa idi. Deyirmiş ki, “Şuşaya getməliyəm, oranı görməliyəm”.

Elçin Ağayev yeni doğulan qızından daha əvvəl bir oğul və bır qız atası idi.

Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar