Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid olan generalımız haqda maraqlı faktlar

Bu gün səhər saatlarında qəhrəmanlıqla şəhid olan general-mayor Polad Həşimov təkcə zabit kimi deyil, sadə vətəndaş kimi onu tanıyanların böyük sevgisini qazanıb...

PİA.az xəbər verir ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Orta məktəbi Sumqayıt şəhərində bitirib. Əvvəlcə Azərbaycanda Ali hərbi məktəbdə, daha sonra Türkiyədə hərbi akademiyada təhsil alıb.

Şəhid generalın dostları, onu tanıyanlar sosial şəbəkədə qəhrəman zabitimiz haqda maraqlı məlumatlar paylaşıblar.

Bildirilir ki, P.Həşimov hələ 4 il əvvəl Aprel döyüşlərində xüsusi şücaət göstərib və düşmənə ağır zərbələr endirib. Həmçinin o da qeyd olunur ki, Aprel savaşındakı qəhrəmanlığına görə dövlət tərəfindən ona verilmiş evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlayıb.

Dostları P.Həşimovun hələ leytenant ikən hər kəsdən fərqləndiyini, onda gələcəyin böyük zabitinin xüsusiyyətlərinin olduğunu deyiblər.

Şəhid generalımızın dostu, tanınmış jurnalist İlham Tumas yazır:

“Əziz qardaşım, Polad! Murovdan - sən leytenant olandan qorumaq istəyirdik səni. Bilirdik ki, böyük adamsan, qeyri-adi zabitsən. Sonradan az-az görüşsək də, kimdən səni soruşdum, dedi, Həşimovdan yoxdur! Əsgərlərin səni böyük qardaşları kimi sevirdilər, zabit yoldaşların sənin üçün canını verərdilər. Həmişə gizli qalmağı sevərdin, telefon işlətməzdin, biz də səni buna görə hərdən məzəmmət edərdik. Ancaq inan, biz də həmişə səni qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün artıq səni gizli saxlaya bilmədik... İndi səni bütün Azərbaycan tanıdı və sevdi! Arzularına çatasan, həmişə salamat qalacaq general Həşimov!”

P.Həşimovun öz şəxsi vəsaiti hesabına cəbhədə postlar tikdiyini qeyd edənlər də var. O, sağ ikən adına post olan general idi.

Deyilənə görə, P.Həşimov Bakıya ona verilən xidməti maşınla gəlirmiş. Amma şəhərə çatdıqdan sonra avtomobili Nazirliyə təhvil verir, şəxsi işlərini həll etmək üçün ictimai nəqliyyatdan istifadə edirmiş.

Keçmiş əsgərləri də Polad Həşimovun əksər zabitlərdən fərqləndiyini, onun böyük vətənpərvər, xeyirxah insan olduğunu vurğulayıblar.

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar