Bazar ertəsi, 17 May 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Şəhid mayorun “Kapital Bank”a 12 min borcu var

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə də, sonradan aldadılıb.

PİA.az xəbər verir ki, bu barədə Unikal.org-a Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı məlumat verib. O, bildirib ki, Anar Novruzov şəhid olmazdan öncə onun hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə imzalanıb:

"Şəhid Anar Novruzov bir nəfər hərbçiyə mənzil almaq üçün 11 min 850 manat pul ödəyib. Sonradan mənzil ona verilməmişdi. O, da Sumqayıt Hərbi Prokurorluğuna müraciət etmiş, işdə cinayət tərkibi olmadığı üçün xitam verilmişdi. A.Novruzova bildirilmişdi ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsin. Birinci instansiya məhkəməsi A.Novruzovun prosesdə iştirak etmədiyinə görə, onun əlehinə qərar çıxarmışdı. Sonra yanıma gəlib, qərarı mənə verdi. Biz Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etdik. Hazırlaşıram ki, A.Novruzovun vərəsəsi ilə, lazımi sənədləri hazırlayaq. Məhkəmədə onun hüquqlarını tam müdafiə edəcəm. Ailəsindən mənə verilən məlumata görə, şəhid ödədiyi 11 min 850 manatı "Kapital Bank"dan kredit götürüb".

pia.az


Etiket: Kapital Bank

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Kəmaləddin Heydərovun bacanağı müflis olur, bankı çökür

Azərbaycan Ordusu Qaragöldən geri çəkilir – Erməni KİV

Ağstafanın gənc icra başçısı DTX-nın həbs etdiyi sələfinin yolunu gedir

Sedat Peker: “Lotu Quli” və Mübariz Mənsimov haqqında bu məlumatlar araşdırılsın”

Paşinyanın müavini facebookda şəkil paylaşdı, gülüş hədəfi oldu

Azərbaycan hərbçilərinin təminatının qarşısını aldıq – Ermənistan MN

Kəmaləddin Heydərov generalı niyə işdən çıxarıb? - Faktlar

Kəlbəcər rayonu 23 saylı məktəbin direktorunun “TİK TOK”-da etdiyi bu hərəkət gündəm oldu – Video

Qaragöl danışıqlarında gözlənilməz period: Razılığa hansı məsələlər daxil edildi?

DİN sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib

Sahil Babayevin yalan vədi vətəndaşı intihara vadar edir

Ən çox oxunanalar