Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid generalımızın anasından əsgərlərimizə müraciət

Bu ağır və şərəfli döyüş günlərində şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım da əsgərlərimizə xeyir-dua vermək istəyib.

PİA.az Publika.az-a istinadən həmin müraciəti təqdim edir:

"Salam, mənim əsgər balalarım! Allah üstünüzdə yar olsun, sizi qorusun. Peyğəmbərlərimizin əlləri kürəyinizdə olsun. Mən general Polad Həşimovun yox, hamınızın anasıyam. Bütün dualarım sizinlədir. Gecə-gündüz əl qaldırıb, sizə dua edirəm. Mənim general balamın əsgərləri, döyüş yoldaşları!

Hamınıza can sağlığı arzu edirəm. Təşəkkürümü bildirirəm. Döyüşüb Poladımın qanını yerdə qoymamağınız üçün dua edirəm. Qolunuz qüvvətli olsun ki, Poladımın ən böyük arzusunu yerinə yetirəsiniz. Bayrağımızı Şuşada, Xankəndidə sanca biləsiniz. Elə o məqamda "Əziz generalım, bu qələbəni sənin ruhuna hədiyyə edirik" sözünü deyəsiniz.

General anası kimi ordumuzun qarşısında baş əyirəm, cənab Prezidentimizin yanındayam. Qoy Ali Baş Komandanımızın canı sağ olsun ki, ordumuz da möhkəm olsun. Bilsin ki, biz də onun arxasındayıq.

Əziz balalarım, qələbə gününədək döyüşün ki, biz şəhid analarına müjdə verəsiniz. Biz də sizi bağrımıza basaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar