Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələrini aldadan fırıldaqçını həbsxanadan çıxarmağa çalışırlar: Məhkəməyə təzyiqlər artır - Video

Cavid Umudlunun himayədarları onu azadlığa çıxarmaq üçün xeyli aktivləşiblər...

Aralarında şəhid ailələrinin üzvləri də olan çox sayda vətəndaşa maddi ziyan vurmuş Cavid Umudlunun himayədarları onu azadlığa çıxarmaq üçün xeyli aktivləşiblər.

Yenicag.az xəbər verir ki, çoxsaylı vətəndaşlara qarşı dələduzluq əməllərinə görə həbs edilən 28 mart 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MR) Şahbuz rayonu, Nursu kəndində anadan olmuş Umudlu Cavid Məhəmmədəli oğlunun törətdiyi cinayətlərə görə cəzasız qala biləcəyi və ya barəsində simvolik cəza kəsilmək ehtimalı zərərçəkənləri dərindən narahat edir.

Qeyd edək ki, yüzlərlə vətəndaşı, o cümlədən, şəhid və qazi ailələrinin üzvlərini aldadaraq, onlara külli miqdarda ziyan vurmuş Cavid Umudlu edilmiş davamlı şikayətlərdən sonra 2017-ci ilin dekabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Aparılan təhqiqatdan sonra işin göndərildiyi Bakı Ağır Cinayətlər Məhkəməsi Cavid Umudlunu 8 il müddətinə azadlqıdan məhrum edib.

Maraqlıdır ki, hələ o dövrdə zərərçəkənlər Umudlunun azadlığa çıxması üçün güvəndiyi vəzifəli şəxslərə böyük məbləğdə rüşvət boyun olduğunu əminliklə bildirərək, onun heç bir cəza almadan azadlığa çıxmaq niyyətindən narahatlıqlarını gizlətmirdilər.

Lakin Umudlunun hamiləri onu həbs cəzasından xilas edə bilməsələr də, cəzasının minimum müddətə endirilməsi istiqamətində xeyli fəallaşıblar.

Məlumata görə, oktyabrın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə Umudlunun apellyasiya şikayətinə baxılacaq. Bu ərəfədə Umudlunun himayədarları məhkəmənin onu “təmizə çıxarması” üçün hərəkətə keçiblər və bununla bağlı adıçəkilən hakimə təzyiqləri artırıblar.

Bu təzyiqlərin, ümumiyyətlə, “Umudlunu azadlığa çıxarmaq” “əməliyyat”ının hansı nəticəni verəcəyi isə hakimin onun barəsində çıxaracağı qərardan sonra məlum olacaq.

Bu məsələni diqqqətlə saxlamaqla yanaşı, Cavid Umudlunun vətəndaşlara qarşı törətdiyi dələduzluq faktlarının araşdırılmasını davam etdiririk. Eyni zamanda, Umudlunun kimlər tərəfindən himayə olunduğunu və onu niyə belə ciddi-cəhdlə azadlığa çıxarmağa çalışdıqlarının səbəbini də açıqlayacağıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar