Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhhətimizin “keşiyində duran” qanunsuz tibb işçiləri və onları yetiştirən kurslar – Foto

Son dövrlər artmaqda olan tibb kursları

Son zamanlar özlərini “tibb kursu” adlandıran bəzi müəssisələrin 12 ay və yaxud daha az müddət ərzində tibb bacısı, kosmetologiya, ginekologiya, optika kimi tibb sahələri ilə bağlı təhsil verməsi haqqında elanlara tez-tez rast gəlirik.

Aldığımız məlumatlara görə bu cür kurslarda iynə vurma, dərmanlardan istifadə qaydaları, tibbi avadanlıqlarla bağlı məlumatlar barədə dərslər keçirilir. Belə kursların qısa müddətdə kadr hazırlaması bir-çox sualları gündəmə gətirir.

Müqayisə üçün qeyd edək ki, tibb ixtisası üzrə orta təhsil verən texnikumlarda sözügedən sahə ilə bağlı 3 illik standart təhsil nəzərdə tutulur. Ali təhsil müəssisələrində isə bu müddət daha çoxdur. Səhiyyə nazirliyi bu cür kursları bitirən şəxslərin sertifikat və diplomlarının tanınmaması və dövlət tibb müəssisələrində işə götürülməməsi ilə bağlı qəti qərar qəbul edib.

Bu kursları bitirən şəxslər daha çox özəl müəssisələrdə, bir sıra məhəlli apteklərdə işlə təmin olunurlar və ya fərdi şəkildə fəaliyyət göstərirlər. Heç bir hüquqi əsası olmayan və səhiyyə orqanlarının icazəsi olmadan təhsil verməyə çalışan bu cür kursları bitirən şəxslərin tibbi savadının nə dərəcədə qənaətbəxş olduğu isə sual altındadır. Hər hansı bir məhəlli kursu bitirən bir şəxsə insan səhhətinin etibar olunması, ona tibbi yardım göstərilməsini həvalə etmək olduqca böyük risklər doğurur.

Kurslarda nəzərdə tutulan təhsil müddətindən də aydın olur ki, bu müddət ərzində nəzəri biliklər olduqca az öyrədilir və tələbələr daha çox praktiki işlərə yönəldilir. Xəstəliklər və dərmanlarla bağlı yetərincə nəzəri məlumatın verilməməsi xəstəliyin sağaldılması və dərmanların düzgün tətbiq olunması zamanı bir sıra yanlışlıqları doğurur.

Yaxın keçmişdə bu cür hallar zamanı yaşanmış bədbəxt hadisələrlə bağlı yetərincə nümunələr var. Dünyada hər şeydən vacib və dəyərli olan insan sağlamlığını təhlükəyə atan bu cür kortəbii amillərə icazə vermək qətiyyən yolverilməzdir.(minval.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ən çox oxunanalar