Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhər yeməyini ləğv edin

Bizə həmişə deyiblər ki, səhər yeməyi – günün ən vacib yeməyidir, lakin məşhur amerikalı həkim, tibbi tok-şounun Türkiyə əsilli populyar aparıcısı Mehmet Öz insanları məcburi səhər yeməyindən imtina etməyə çağırır...

Radikal ideya kimi gələn “səhər yeməyini ləğv etmə”li olmağımız fikri TMZ nəşrinə müsahibəsi zamanı planlarını açıqlayan amerikalı teleaparıcı, həkim Mehmet Öz tərəfindən səsləndirilib.

“İndependent” qəzeti onun müsahibəsini dərc edib.

“Mən düşünürəm ki, 2020-ci ildə etməyə hazırlaşdığım şeylərdən ilki səhər yeməyinə son qoymaq olacaq”, - həkim bildirib:

“Mən bizə səhər yeməyinin lazım olduğunu düşünmürəm və bunu reklam hiyləsi hesab edirəm. Təəssüflər olsun ki, onillərdir bizi bəslədikləri bir çox doqmalar reklamlara görədir. Əslində, onlar bizim sağlamlığımız haqqında həqiqətə əsaslanmır”.

Həkim Özün sözlərinə görə, bizim üçün “ən ağıllısı” – “səhər yeməyini ləğv etmək və ilk dəfə, həqiqətən, acdığımız vaxt yeməkdir”.

“Gündəlik səhər yeməyini ləğv edin”, - bir çox hallarda insanların səhər tezdən oyanarkən hətta ac olmadığını qeyd edən tok-şou aparıcısı deyib.

Səhərlər aclıq hiss edənlərlə bağlı isə həkim Öz bunun, çox güman ki, şam yeməyində sağlam qidalardan imtina və “fastfood”la qidalanma səbəbindən olduğunu söyləyib.

“Siz ac belə deyilsiniz, sizdə imtina reaksiyası gedir, çünki axşam saat 10-da kartof cipsləri və ya kartof friləri kimi super karbohidratlar yemisiniz” həkim bildirib.

“Bu, bədəninizdəki insulinin tamamilə dağılması anlamına gəlir. Ertəsi gün səhər saatlarında insulinin qeyri-sağlam kəskin bərpası baş verir və özünüzü ac hiss edirsiniz. Bu aclıq hissi, narkomanlarda olan abstinensiya hissini xatırladır. Siz öz dərmanınızı qəbul etməlisiniz, bu isə karbohidratlardır”.

Özün tövsiyələri aralıq oruc ətrafında böyüyən pəhriz tendensiyası fonunda ortaya çıxır. Bu praktikanı tətbiq edənlər gündəlik olaraq 14-16 saat ərzində qidadan imtina edirlər.

Aralıq orucun digər növləri qidadan tamamilə imtina etmək və ya həftədə iki gün ərzində bir neçə yüz kalori istehlakının qorunmasıdır.

Arıqlamaq üçün səhər məşqinə qədər səhər yeməyini buraxın

“Həyatdan asılı olmağımız gərəkdiyi halda amerikalıların böyük hissəsi qidadan asılıdır”, - 59 yaşlı həkim əlavə edib.

Son illərdə aparılan bir sıra tədqiqatlar göstərir ki, səhər yeməyi bir insanın bədən çəkisinə, metabolizm səviyyəsinə, xolesterol və ya qan şəkəri səviyyəsinə, demək olar ki, təsir göstərmir. Bununla yanaşı, digər tədqiqatlar səhər yeməyini buraxmağın ürək-damar xəstəlikləri, diabet və piylənmə riskinin artması ilə əlaqəli olduğunu ehtimal edir.

Beləliklə, aparılan tədqiqatlar səhər yeməyinin ürək xəstəlikləri və piylənmənin tezliyini azaltmaq qabiliyyətinə təsiri barədə qəti nəticələr vermədi, çünki bəzi tədqiqatlar qida qəbulunun faydalı ola biləcəyini, digərləri isə bunun böyük əhəmiyyət daşımadığı göstərdi.

Mütəxəssislərin əksəriyyəti belə qənaətə gəlib ki, səhər yeməyi fakultativ xarakter daşımalıdır. Belə ki, səhər yeməyini yeyənlər üçün onun sağlamlığa olan faydaları səhərlər yeməyənlərdən üstün olmur.

“Səhər yeməyinə davam etməlisinizmi?” məsələsinə gəldikdə isə əgər sağlam, balanslı səhər yeməyinə üstünlük verirsinizsə o zaman həkim Öz buna davam etməyinizi təklif edir – lakin bir qədər sonra.

Həkim Öz, həqiqətən, acana qədər bir neçə saat gözləmənizi və sadəcə, səhər yeməyi yeməyə məcbur olduğunuz üçün deyil, məhz acdıqdan sonra səhər yeməyi yemənizi tövsiyə edir. O, səhər yeməyini səhər yeməyində yeməyi təklif edir.

“Səhər yeməyi üçün yeni tendensiya gec səhər yeməyidir. Siz bunu lazımi vaxtda və düzgün etməlisiniz”, - həkim Öz bildirib.

“Səhər yeməyinizi bir neçə saat geri çəkin, o zaman xoşbəxt olacaqsınız”, - deyə əlavə edib.(oxu.az)

pia.az


Etiket: səhər yeməyi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar