Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səhər Qorbaçovu tanımadım: Ağappaq ağarmış boz sifət və ruhi sarsıntı...“

Raisa Qorbaçova 20 Yanvardan yazıb...

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evimizə gələn zəngi ürək ağrısı ilə xatırlayıram”.

Bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova memuarları toplanmış “Mən ümid edirəm ki…” kitabında yazıb.

Yenidənqurmanın payına Çernobıl, Dağlıq Qarabağ hadisələri, Sumqayıt, Bakı, Litva hadisələrinin düşdüyünü yazan R.Qorbaçova həmin illəri “yenidənqurma kursunun ağır dövrləri” adlandırıb və qeyd edib ki, hadisələr onların ailəsində ağır izlərini qoyurdu: “Bütün bu dramatik hadisələr- ruhun, ağlın və iradənin sınağı oldu. Onların arxasında heç vaxt sağalmayacaq ürək ağrısı və yuxusuz gecələr dururdu. Gecənin səssizliyini pozan, atəş effekti verən gecə zəngləri… O zənglərlə bərabər kədər, əzab və kiminsə ölüm xəbəri gəlirdi. Mən o gecə zənglərin birini xatırlayıram: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evə gələn zəngi… Bakıda hadisələrin baş verdiyi o gecəni.. Yadımdadır, 20 yanvar günü səhər tezdən mən Mixail Qorbaçovu tanımadım: Ağappaq ağarmış, boz sifət, ruhi sarsıntı və ürək böhranı…“.

Kitabda Raisa Qorbaçovanın həmin dövrdə baş qaldırmış Dağlıq Qarabağ problemi, erməni-azərbaycanlı münasibətləri və Mixail Qorbaçovun həmin proseslərə münasibəti ilə də bağlı da maraqlı detallar var.

“Ermənilərin dostu” kimi yadda qalan Raisa Qorbaçova memuarlarda SSRİ-də etnik zəmində ekstremizimin yayılmasının ilk olaraq ermənilər tərəfindən başladığını etiraf edib. Yenidənqurma kursu ilə SSRİ-də millətçilik və eksremizimin üzə çıxdığını yazan R.Qorbaçova maraqlı məqamlara toxunub: “Bu millətçiliyin dəhşətli gücünü ilk dəfə Ermənistanda hiss etdim. Zəlzələnin dağıtdığı Ermənistanda… 1988-ci ildə Mixail Qorbaçov ABŞ-a səfərini yarımçıq qoyaraq Ermənistana gəldi. Bu dəhşətli faciənin lap mərkəzində idik. Evləri yerlə-yeksan olmuş insanların simasnı unuda bilmirəm… Amma dəhşətli odur ki, bütün bu bəlanın, minlərlə insanın öldüyü fəlakətin, kömək və yardım istəyənlərin qışqırıqları fonunda mən “Dağlıq Qarabağın azad edilməsi” şüarı və tələbi eşidirdim”-deyə R.Qorbaçova memuarında yazıb.

Keçmiş SSRİ prezidentinin həyat yoldaşı həmçinin yazıb ki, 1988-ci ildə Azərbaycan SSR-in rəhbərliyi zəlzələyə yardım etmək üçün kömək göndərib: “Orada mən öyrəndim ki, bu faciəli bir zamanda Azərbaycan tərəfinin köməyi rədd edilib. Belə qərar verən adamlara xalqın taleyini necə etibar etmək olar?”-deyə R.Qorbaçova vurğulayıb.

Yenidənqurma dövrünü “çətin vaxt” adlandıran Raisa Qorbaçova yazıb ki, Kommunist Partiyasının yeni kursu SSRİ-dəki qapalı saxlanılan problemləri ortaya çıxarıb. “Məlum oldu ki, biz hamımız bütövlükdə cəmiyyətimizin həyatının faktiki, real vəziyyətindən bixəbər olmuşuq”.

Mixail Qorbaçovun elan etdiyi yeni kursun zəruriliyini qeyd edən R.Qorbaçova bunun SSRİ üçün tamamilə yeni bir mühit yaratdığını yazıb.
Azərbaycan ictimai rəyində R.Qorbaçova “ermənilərin hamisi” kimi tanınıb. Bu hamiliklə bağlı məşhur əhvalatda ermənilər tərəfindən ona bahalı brilliant üzük hədiyyə olunmasından bəhs edilir. Bunun müqabilində ermənilərin R.Qorbaçovadan Qarabağ məsələsində dəstək xahiş etdikləri qeyd olunurdu. R.Qorbaçovanın ərinin siyasi qərarlarına güclü təsiri olması barədə müxtəlif rəylər o dövrün ən məşhur ittihamlarından idi.

Raisa Qorbaçova 1999-cu ildə vəfat edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar