Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirlik Rostovun Aksay bazarından azərbaycanlıların kütləvi çıxarılmasına aydınlıq gətirib

Məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb

Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi Rostov na-Donu şəhərində yerləşən bazardan azərbaycanlıların kütləvi çıxarılması və ölkəmizə deportasiya edilməsi haqqında sosial şəbəkələrdə yayılan məlumatlar barədə araşdırma aparıb.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, səfirliyə sosial şəbəkələrdə Rusiyanın Rostov-na-Donu şəhərində fəaliyyət göstərən Aksay bazarında çalışan həmvətənlərimizin oradan çıxarılması və bəzilərinin Azərbaycana deportasiya edilməsi ilə bağlı yayılmış qısa video daxil olub.

"Belə bir hadisənin hansı səbəbdən baş verdiyi, oradakı azərbaycanlıların kim tərəfindən çıxarıldığı barədə ətraflı xəbərin verilməsi, konkret adların və faktların göstərilməsi xahiş edildikdə sözügedən müraciətin müəllifi onda heç bir məlumatın olmadığını bildirib.

Buna baxmayaraq, məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb. Belə ki, Rostov vilayətinin qubernatorunun aparatından, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş polis idarəsindən, yerli diasporumuzun üzvləri, hətta qeyd olunan bazarın müdiriyyətindən əldə etdiyimiz məlumata əsasən, həqiqətən də yerli polis əməkdaşları müxtəlif millətlərdən olan insanları, o cümlədən bir qrup soydaşımızı həmin bazarın ərazisindən uzaqlaşdırıb. Buna səbəb onların Rusiya Federasiyasının ərazisində pərakəndə ticarətlə məşğul olmaq üçün müvafiq icazələrinin olmaması göstərilir. Bundan əlavə diqqətə çatdırılır ki, sözügedən ticarət obyektinin yerində yaşayış kompleksinin tikintisi gözlənilir və həmin bazar bağlanmaq üzrədir.

Bununla bağlı Rusiyada çalışan soydaşlarımıza bir daha müraciət edirik. Hörmətli həmvətənlər, sizi Rusiya ərazisində problemsiz və maneəsiz çalışmağınız üçün Rusiya Federasiyasının qanunlarına tam və şərtsiz əməl etməyə çağırırıq. Qanunları pozan soydaşlarımıza lazımi köməkliyin göstərilməsi Səfirliyin imkanı xaricindədir.

Müasir texnologiyaların verdiyi imkanlardan sui-istifadə edən kəslərə isə bildirmək istəyirik ki, səfirlik öz səlahiyyətləri çərçivəsində ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın istənilən nöqtəsində hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemi həll etməyə hazırdır. Yaranan real problem barədə səfirliyə yazılı və ya şifahi məlumatın verilməsi kifayətdir ki, onun həlli istiqamətində müvafiq işin aparılmasına başlanılsın.

Bunun yerinə isə mahiyyəti araşdırılmamış, təsdiqini tapmamış, şayiələrə əsaslanan və əksər hallarda həqiqəti əks etdirməyən hadisələri sosial şəbəkələrdə paylaşaraq ictimaiyyəti çaşdırmaq cəhdləri onu deməyə əsas verir ki, sözügedən kəslər özlərini “vətənpərvər”, “haqq-ədalət carçısı” kimi göstərib diqqəti şəxslərinə cəlb etməklə məşğuldurlar"-deyə Səfirliyin məlumatında qeyd olunub.

pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar