Bazar ertəsi, 24 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Səfirlik: Azərbaycan vətəndaşları barədə "Qaynar xətti"tə heç bir müraciət daxil olmayıb

İndiyə qədər Türkiyənin zəlzələ baş verən bölgəsində zərərçəkən, xəsarət alan, yaxud ölən Azərbaycan vətəndaşları haqqında səfirliyin "Qaynar xətti"tə heç bir müraciət daxil olmayıb...

PİA.az bildirir ki, Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Türkiyədəki zəlzələ zonasından vətəndaşlarımızın təxliyyəsilə bağlı da "Qaynar xətt"in fəaliyyəti davam edir.

Hazırda 100-dən çox Azərbaycan vətəndaşı təhlükəli zonadan təxliyyə edilsə də, bu gün təxliyyə üçün müraciət daxil olmayıb: "Müraciət olunarsa, təxliyyə və səfər hazırlıqları üçün vətəndaşlarımıza hər bir şərait yaradılacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Hadisədən dərhal sonra Azərbaycanın Türkiyədəki səfirliyində 00905526792565 nömrəli "Qaynar xətt" yaradılıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar