Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir Qüdsi Osmanov Kişineu şəhərinin meri İon Çeban ilə görüşüb

Cari ilin 17 iyun tarixində ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Respublikasının paytaxtı Kişineu şəhərinin meri İon Çeban ilə səfirlikdə görüşüb.

PİA.az xəbər verir ki, səfirliyin təmir-tikinti işləri yekunlaşmış yeni kompleksi ilə tanış olan İ.Çeban kompleksin bir hissəsi olan kiçik bağçada Ulu öndər Heydər Əliyevin büstünün ucaldılması, Azərbaycan guşəsinin yaradılması və ölkəmizin dahi şəxsiyyətlərinə həsr edilmiş barelyeflərin quraşdırılmasının Kişineu şəhərinin gözəlliyinə töhfə verdiyi, kompleksin Kişineu şəhərinin memarlıq incisinə çevrildiyi və paytaxt sakinlərinin heyranlıqla izlədiyini bildirib. Daha sonra o, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında müstəsna xidmətlərindən bəhs edərək Səfirliyin qarşısında ucaldılmış ümummilli liderin büstü önünə gül dəstəsi qoyub.

Görüşdə İ.Çeban Azərbaycan-Moldova münasibətlərinin genişləndirilməsi çərçivəsində hər iki ölkənin paytaxtları arasında əməkdaşlıq müqaviləsinin imzalanması təşəbbüsünü bildirib. Paytaxt Bakıda bir neçə dəfə olduğunu qeyd edən Kişineu meri müasir binalarla, eləcə də tarixi tikililərlə zəngin paytaxtımızın gözəlliyindən təsirləndiyini, Bakının siyasi, iqtisadi, mədəniyyət və idman tədbirlərinin mərkəzinə çevrildiyini dilə gətirib. İki şəhər arasında təmasların dərinləşməsi məqsədilə İ.Çeban Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Eyni zamanda, görüşdə İ.Çeban tərəfindən azərbaycanlı həmkarının cari ilin 13-17 oktyabr tarixində Kişineu şəhərində keçiriləcək iqtisadi forum, Kişineu şəhəri günü və şərab festivalına dəvəti müzakirə edilib. O, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətinin tədbirlərə dəvət edilməsində maraqlı olduğunu dilə gətirib, rəsmi dəvət məktublarının yaxın gələcəkdə səfirliyimiz vasitəsilə ünvan sahiblərinə göndərilməsini xahiş edib.

Bundan əlavə, görüşdə iyul ayında Moldovadakı səfirliyimizin qarşısındakı bağçada dahi Azərbaycan şairi Nizami Gəncəvinin barelyefinin təntənəli açılışının keçirilməsi ilə bağlı razılığa gəlinib, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar