Çərşənbə axşamı, 04 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Səfir: “Gürcüstan-Azərbaycan sərhədindəki insidentin təxribat olduğu göz qabağındadır”

Zurab Pataradze bu fikirləri müsahibəsində bildirib

“İyulun 14-də azərbaycanlı sərhədçilər və yerli əhali arasında baş verən insidenti pisləyirik”.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, hər iki tərəfin müvafiq orqanlarının fəal müdaxiləsi nəticəsində insidentin çox tez, cəmi bir neçə dəqiqə ərzində qarşısı alınıb: “Vurğulamaq istərdim ki, artıq araşdırma aparılır. Xarici işlər nazirliklərinin bəyanatlarına əsasən, əhaliyə, məsələ ilə maraqlanan insanlara çağırış edirəm ki, təxribatdan yayınsınlar, imkan verməyək ki, bu məsələ qabardılsın. Bizim xeyrimizi istəməyənlərə məsələni şişirtməyə imkan verməyək. Təxribatdan uzaq olaq, çünki bunun açıq-aşkar təxribat olduğu göz qabağındadır”.

Z.Pataradze bildirib ki, komissiyanın normal rejimdə çalışaraq ortaya obyektiv material qoymasına imkan verilməlidir: “Əminəm ki, qəbul edilən qərar ölkələrimizin rifahına, dostluğa, uğura və gələcək planlara yönəlmiş bir qərar olacaq. Biz təxribatlara uymamalı, təxribatlardan yayınmalıyıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Operativ Qərargah məktəblərin yeni tədris ilində açılması məsələsinə aydınlıq gətirib

Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - Rəsmi

25 ildir Rusiyada gizlənən azərbaycanlı həbs olundu

Rus oliqarx, Natanel Rotşild və Monteneqro prezident yaxtada eskort qızlarla yaxalandı...

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Yaranmış vəziyyətə dövlət tərəfindən təcili müdaxilə olunmalıdır

"Onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz?" - Deputat

loading...

Ən çox oxunanalar