Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: "Azərbaycan və Meksika dörd il ərzində daha yaxın olub"

Bu sözləri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini söyləyib

"Mənim Meksikanın Azərbaycandakı səfiri kimi dörd illik fəaliyyətim ərzində bizim ölkələrimiz daha çox yaxınlaşdı. Bu, əməkdaşlığın bütün sferalarına aiddir".

"Report" xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ölkəsinin Müstəqillik Gününün 209 illiyi münasibəti ilə keçirilən rəsmi qəbulda bildirib.

"1995-2014-cü illər ərzində əmtəə dövriyyəsi 2 milyon dollardan 2018-ci ildə 26 milyon dollar rekord göstəriciyə yüksəlib. Meksikanın Azərbaycana əmtəə ixracı 35%, Azərbaycandan isə Meksikaya ixrac 12%-dən çox artıb", - deyə səfir bildirib.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbayev qeyd edib ki, 1992-ci ildə əsası qoyulan ikitərəfli əlaqələr sürətlə artmaqda davam edir. Bu, siyasi dialoqa, eləcə də iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığa aiddir.

"Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Meksikanın onun suverenliyini və ərazi bütövlüyünü tanımasını, həmçinin ölkənin Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirir", - deyə o bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar