Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: "Azərbaycan və BƏƏ arasında əməkdaşlıq, yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur"

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü keçirilib...

PİA.az-ın xəbərinə görə, tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi bildirib ki, bu gün onun ölkəsinin yaranmasının 48-ci ildönümünü qeyd edilir.

Səfirin sözlərinə görə, BƏƏ tərəqqi və inkişaf yolunda inamlı addımlar atıb və qabaqcıl ambisiyaları hədəfləyən “Baxış 2021”-in əsasında yaranmasının 50-ci ildönümündə dünyanın ən yaxşı dövlətlərindən birinə çevrilməyi hədəfləyib. M.Alqubaisi qeyd edib ki, zati-aliləri Şeyx Xəlifə Bin Zayed Əl-Nahyanın tolerantlıq prinsipləri ilə birgə yaşayış və qarşılıqlı hörmət əsasında 200-dən artıq müxtəlif millətlərin yaşadığı bir dövlətdə 2019-cu il tolerantlıq ili elan olunub. Səfir əlavə edib ki, bu ilin ən böyük nailiyyətlərindən biri odur ki, BƏƏ pasportunun indeksi güclənib.

“BƏƏ dövləti hər zaman sülh və əməkdaşlıq təşəbbüslərini bütün dünyaya çatdırmaq istiqamətində səylərini əsirgəməyib, dünyanın müxtəlif ölkələri dostluq və yüksək səviyyəli münasibətlər qurmağa can atır”, - deyə səfir vurğlayıb.

Diplomat qeyd edib ki, bu əlaqələr onun ölkəsinin “Dubai Expo-2020”-yə ev sahiblyini qazanmağa imkan verib.

Azərbaycan və BƏƏ əlaqələrinə toxunan səfir bildirib ki, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur: “Qarşılıqlı səfərlər davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir”.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu gün BƏƏ qüdrətli dövlət kimi tanınır. Ölkə turizm mərkəzinə çevrilib, regionda birbaşa xarici investisiyalara ev sahibliyi edən lider ölkədir.

“BƏƏ-nin qazandığı uğurlar Azərbaycanı sevindirir. Ölkəmiz BƏƏ ilə əlaqələrə önəm verir.Ölkələrimiz arasında qardaşlığa, dostluğa, İslam irsinə əsaslanan əlaqələr mövcuddur”, - nazir belə deyib.

O qeyd edib ki, əlaqələrin inkişafında ölkə rəhbərlərinin siyasi iradəsi əsas rol oynayır: “BƏƏ və Azərbaycan beynəlxalq platformalarda bir-birinə dəstək verir. BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edirik”.

İki ölkə arasında iqtisadi əlaqələrə toxunan nazir bildirib ki, BƏƏ-dən Azərbaycana ixracın dəyəri 2,2 milyard dollardır, Azərbaycandan BƏƏ-yə isə bu göstərici 347 milyon dollardır.

M.Cabbarovun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 26,4 faiz artıb. Son 10 ay üçün bu, 57 milyon dollardır. M.Cabbarov, həmçinin Azərbaycanın “Dubai Expo-2020”-də iştirakının nəzərdə tutulduğunu da diqqətə çatdırıb. (APA)

pia.az






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar