Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfərbərlikdən tərxis edilənlər üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır

Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən fəaliyyət göstərən əsas komissiyanın bir neçə bölgədə səyyar qrupları da işə başlayır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri və Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiya ilə yanaşı vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq səfərbərlikdən tərxis edilmiş şəxslərin yanvarın 18-dən Gəncə şəhəri və Pirəküşkül qəsəbəsində də qəbulu həyata keçiriləcək:

"Vətəndaşlarımızın rahatlığını təmin etmək, komissiyaya gəlmədən müraciətlərin qeydə alınmasını həyata keçirmək və sorğuların cavablandırılması məqsədilə müvafiq istiqamətlər üzrə “Qaynar xətt” telefon nömrələri Bakı (012) 404-76-34 və (050) 873-21-85, Gəncə (050) 758-27-34, Füzuli (050) 706-70-07 və Pirəküşküldə (050) 653-16-39 fəaliyyət göstərəcək.

Eyni zamanda onu da bildiririk ki, hazırda fəaliyyət göstərən komissiya “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciətlərə baxmaq səlahiyyətində deyil. Vətəndaşlardan xahiş olunur ki, bu məsələ ilə əlaqədar komissiyaya müraciət etməsinlər".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar