Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevlə Ramiz Mehdiyevi təkcə soyad eyniliyimi birləşdirir? - İddia

"Onun da Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli kimi vaxtı yetişəcək..."

Son günlər adı müxtəlif qalmaqallara hallanan və hətta Azərbaycan qarışıq bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir ərəfədə xəstəlikdən qoruma maləzəmələri gətirən sahibkarlkara süni əngəl yaratması ilə diqqətə gələn Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çətin günlərini yaşayır.

Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxil olub. Ona qarşı səslənən ittihamların başında isə DGK-da yaratdığı qohum-yerli şəbəkəsi ilə bağlıdır. Hər halda, Səfər Mehdiyev elə zənn edir ki, onun bu fəaliyyəti kimsənin diqqətini cəlb etmir.

"Amma fakt odur ki, Səfər Mehdiyev bu düşüncəsində yanılır" deyən mənbə iddia edir ki, Səfər Mehdiyev əslində bir müddət əvvəl "vurulmuş" hakimiyyətiçi qruplaşmalardan biri ilə sıx bağlılığı səbəbindən mövqeləri kifayət qədər laxlamış hesab oluna bilər. Mənbənin söylədikləri:

"Səfər Mehdiyevin keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə sıx münasibətlərinin olması və hətta zamanında eyni iqtidardaxili qurplaşmaya aid olması hər kəsə məlumdur. Bu gün də Ramiz Mehdiyevin kadrları bir-birinin ardından sıradan çıxarılır: Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli... Amma bu dəyişiklik, yenilənmə DGK-da nəinki hiss olunmur, hətta bu gün DGK Ramiz Mehdiyevin son qalalarından biri kimi diqqətə gəlir. Ola bilsin ki, Səfər Mehdiyev özünü şəxsən hansısa digər cinaha aid edir. Amma fakt odur ki, bu gün DGK-da müşahidə olunan yerlibazlıq və qohumbazlıq mühiti birbaşa olaraq mehdiyevçilər şəbəkəsinin işinə yaradığından DGK-nı Ramiz Mehdiyevin son qalası da hesab etmək olar".

Mənbə iddia edir ki, məhz buna görə də Səfər Mehdiyevin uzun müddətdə görəv başında qala biləcəyi gözlənilən deyil: "Onun da Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli kimi vaxtı yetişəcək..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də fikirlərini öyrənmək cəhdlərimiz alınmasa da, yenə də fikirlərini yaymağa hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar