Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevin xalası oğlu maşınla adam öldürüb

“Sınıq körpü” postunun rəisinin maşınla adam öldürdüyü deyilir...

Vüsal Nuriyevin maşını hazırda cərimə meydançasıdır

Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir.

Məlumatı Meydan TV-yə verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib.

Avtomobil hazırda Saray yolunda yerləşən “Cərimə meydançası“nda saxlanır.

“Cərimə meydançası“ının işçiləri də faktı Meydan TV-yə təsdiqləyiblər.

Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib. Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.

“Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Hətta deyilənə görə xalası oğludur. Ona görə də hadisəni ictimailəşdirmirlər”.

Abşeron Rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmasa da, burada da işin Elçin adlı müstəntiqdə olduğu deyilib.

Meydan TV hadisə yerində ölən qadının kimliyini hələlik dəqiqləşdirə bilməyib.

Gömrük Komitəsi deyilənləri təkzib edib. “Sınıq körpü” postundan isə rəisin iş başında olduğu bildirilib.

“Biz də eşitmişik, amma doğru olub-olmadığını bilmirik. Rəis işə o maşında gəlmir”, - deyə adının açıqlanmasını istəməyən post yetkilisi Meydan TV əməkdaşına deyib.

PİA.az-ın əldə etdiyi məlumata görə “Sınıq körpü” gömrük məntəqəsinin rəisi
Vüsal Nuriyev doğrudan da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin xalası oğludur.

 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar