Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevi əvəz etməsi gözlənilən Azər Məmmədov kimdir?

Əbülfəz Məlikov gömrüyü yenidən ələ keçirmək üçün yeni planlar qurub?.

"Ölkəmizdə aparılan kadr islahatları, gənclərin və perespektivli şəxslərin yüksək vəzifələrə təyinatı davam etdiriləcək". Bizimxeber.az-a daxil olan məlumata görə, daha bir dəyişiklik yaxın günlərdə Dövlət Gömrük Komitəsində gözlənilir. Mənbə bildirir ki, Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin  vəzifədən uzaqlaşdırılması gün məsələsidir.

Vəziyyətinin çətin olduğunu bilən Səfər Mehdiyev hətta barəsində informasiyaların mətbuatdan yığışdırılması üçün ən üst düzəndə olan mediadakı dostlarından kömək belə istəyib. Mehdiyevə konkret dəstək verilib. Hamı susub demək olar.  Amma mənbə bildirir ki, bu addımları onu qorumayacaq.

Səfər Mehdiyevin postuna hazırda Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovun təyin ediləcəyi barədə məlumatlar var. Azər Məmmədov uzun illər gömrük sistemində çalışıb və hazırda bu sahədə olan ciddi problemlərin varlığından xəbərdardır.

Həmçinin qeyd olunur ki, Azər Məmmədov uzun illər Gömrük monopolisti olan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla yaxın əlaqələrə malikdir. Bu təyinatda Azər Məmmədova Məlikov kimi dostlarının böyük dəstək verdiyi bildirilir.

Daha ətraflı yaxın günlərdə.

Qarşı tərəflərin açıqlama haqqını tanıyırıq.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ən çox oxunanalar