Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Səfər Mehdiyev: "İnformasiya texnologiyalarının tətbiqi gömrük işinin daha çevik və dinamik edib"

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) 2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr və gələcək fəaliyyətin istiqamətlərinə dair kollegiya iclası keçirilib.

Komitədən verilən məlumata görə, Komitə sədri Səfər Mehdiyev çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ islahatlar hesabına uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, beynəlxalq aləmdə də nüfuzlu dövlətə çevrilməsinə şərait yaradıb. Vurğulanıb ki, əldə olunan nailiyyətlərdə gömrük xidmətinin də payı var.

Komitə sədri qeyd edib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.

Gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edən S.Mehdiyev bildirib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, beynəlxalq ticarətin asanlaşdırılması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə edilən uğurlu nəticələr sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, dövlət büdcəsinin gəlirlərinin, ölkəmizin ixrac və tranzit potensialının artmasına münbit şərait yaradıb.

Gələcək hədəflərdən bəhs edən Komitə sədri informasiya texnologiyalarının tətbiqi hesabına gömrük işinin daha çevik və dinamik şəkildə həyata keçirilməsi, xarici ticarət iştirakçılarının məmnunluğunun tam təmin olunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb.

Daha sonra Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov, Gömrük Nəzarətinin Tənzimlənməsi və Ticarətin Asanlaşdırılması Baş idarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Əməliyyat İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov cari ilin ötən dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

İclasa yekun vuran S.Mehdiyev gömrük işinin daha da səmərəli şəkildə təşkili, korrupsiya və qaçaqmalçılığa qarşı mübarizə, xidmət intizamının gücləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində tapşırıq və tövsiyələrini verib. (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar