Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev bildirib ki, buna başı ilə cavabdehdir...

Səfər Mehdiyev Avropa ölkələrinə "güzgülü statistika" ilə işləməyi təklif edib

"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avropa ölkələrinə "güzgülü statistika" ilə işləməyi təklif edib, 7-8 ölkə bununla razılaşıb".

Bu sözləri DGK-nin sədr müavini İqbal Babayev bu gün komitədə keçirilən mətbuat konfransında deyib. İ. Babayevin sözlərinə görə, Səfər Mehdiyev bu təkliflə Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransında çıxış edib.

Sədr müavini qeyd edib ki, bu statistikaya hər ölkə getmir: "Bunu ona görə etmirlər ki, hər bir ölkə öz ixrac potensialını artırmaq marağındadır. İstəyir ki, ondan çox mal satılsın. Kimsə statistikanın izinə düşsə, qiymət və s. səbəblər azala bilər. Həmçinin müəyyən korrupsiya elementləri ola bilər. Bu kimi məsələlər gömrük komitəsinin şəffaf fəaliyyətindən asılıdır.

Cənab sədr tədbirdə çıxış edərək Avropa ölkələrini bu statistikaya dəvət etdi. Açığını deyirəm ki, həmin ölkələrin hamısı şoka düşdü. Səfər Mehdiyev bildirdi ki, ixracla kiminsə idxalı arasında fərq tapsalar, Azərbaycan məmuru kimi başı ilə buna cavabdehdir. Bu isə həmin ölkələrdə inam yaratdı, çünki bu fakt korrupsiyanın yox həddində olması deməkdir. Yəni mən heç bir ölkədən qorxmuram. Sənin göndərdiyin 100 malın hamısını rəsmiləşdirmişəm. Biz o tədbirdə 7-8 ölkə ilə "güzgülü statistika"ya gedəcəyimizə dair razılığa gəldik. Bizim artıq nümayəndə heyətimiz hazırdır və ölkələri gəzirlər. Onlarla oturub 2018- ci ilin statistikasını ortaya qoyacağıq. Heç kəsdən qorxumuz və gizli bir işimiz yoxdur".

İ. Babayev həmçinin bildirib ki, 1 aydan sonra gömrük sahəsində böyük islahat gözlənilir: “İkinci böyük islahat paketimiz idxalla bağlı olacaq. Onun tətbiqi haqqında ictimaiyyətə və sahibkarlara geniş məlumat verəcəyik”.(Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar