Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Şəfəq Hüseynli: "WADA-nın qərarı AMADA və RUSADA arasında mövcud olan əlaqələrə təsir etməyəcək"

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru məsələyə aydınlıq gətirib...

Rusiya Antidopinq Agentliyi daha öncə 2015-ci ildə Məcəlləyə uyğunluğunu itirmişdi. Bu, 2018-ci ilə qədər davam edib. Rusiyanın 2018-ci ildə Məcəlləyə yenidən uyğun hesab edilməsinin əsas tələblərindən biri WADA-nın təhqiqatları üçün lazım olan məlumatların təqdim edilməsi idi. Hazırda WADA iddia edir ki, Rusiya tərəfi məlumatlarla tam həcmdə paylaşmır və təqdim etdiyi Moskva laboratoriyasının məlumatlarına sonradan dəyişikliklər edib”.

Bunu “Report”a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərarını şərh edərkən deyib.

Qurum rəsmisinin sözlərinə görə, hər hansı bir ölkənin, yəni oranı təmsil edən antidopinq təşkilatının Ümumdünya Antidopinq Məcəlləsinə qeyri-uyğun hesab edilməsi xüsusi beynəlxalq standartla tənzimlənir: “Əgər Məcəlləni imzalayan hər hansı bir tərəf bu standarta uyğun olmayan hala yol verirsə, o, bu barədə WADA tərəfindən məlumatlandırılır və ona müvafiq düzəlişləri etmək üçün müəyyən bir müddət verilir. Həmin düzəlişlər edilmədiyi halda WADA-nın Uyğunluğun Qiymətləndirilməsi Komitəsi bu barədə hesabat hazırlayır. Hesabat WADA-nın İcraiyyə Komitəsinə təqdim edilir. WADA-nın İcraiyyə Komitəsi 12 üzvdən ibarətdir. Bunlardan biri WADA-nın prezidenti, digəri WADA-nın vitse-prezidenti, 5 üzvü Olimpiya hərakatı nümayəndələri, qalan 5 üzvü isə hər bir qitədən olan hökümət nümayəndələridir. Hər hansı bir ölkənin, yəni antidopinq təşkilatının qeyri-uyğun hesab edilməsi səsvermə əsasında qərarlaşdırılır. WADA-nın qərar qəbuletmə sistemi çox mərhələlidir və bir-birindən asılı olmayan qüvvələrin səsvermədə iştirakını nəzərdə tutur. Bu sistemin məqsədi şəffaf və qərəzsiz qərarların qəbul edilməsidir”.

Ş.Hüseynli Rusiya qarşı tətbiq edilən sanksiyanın detallarına da toxunub. O, bildirib ki, Rusiya hökümətinin vəzifəli şəxsləri və nümayəndələri Ümumdünya Antidopinq Məcəlləsini imzalayan təşkilatların iclaslarında iştirak edə bilməzlər və belə təşkilatların şura ya komitə üzvü olmasına icazə verilmir: “Rusiya hökümətinin vəzifəli şəxsləri və nümayəndələri, həmçinin Rusiya Olimpiya və Paralmpiya Komitələrinin rəhbər şəxsləri 4 il ərzində keçiriləcək gənclər arasında Olimpiya Oyunları, Olimpiya və Paralimpiya Oyunları, dünya çempionatları, digər iri idman tədbirlərində iştirak edə bilməzlər. Dörd il ərzində Rusiya bayrağı heç bir iri idman tədbirində qaldırılmamalıdır. Bu müddətdə Rusiya öz ərazisində heç bir iri idman tədbirini keçirə bilməz və heç bir tədbiri qəbul etmək hüququ uğrunda mübarizədə iştirak edə bilməz. İri idman tədbirlərində yalnız qeyri-uyğunluq məsələsi ilə bağlı olmayan Rusiya idmançıları iştirak edə biləcəklər. Onlar neytral statusda, yəni Rusiyanı təmsil etmədən yarışacaqlar”.

Ş.Hüseynli AMADA və Rusiya Antidopinq Agentliyi (RUSADA) arasında əməkdaşlıqdan da söz açıb: “Qeyd etmək lazımdır ki, WADA RUSADA-nı müstəqil qurum hesab edir və fəaliyyətini səmərəli kimi qiymətləndirir. Buna görə də növbəti 4 il ərzində RUSADA-nın fəaliyyəti məhdudlaşdırılmayacaq. Bu, dopinqlə mübarizə təcrübəsində az rast gəlinən vəziyyətdir. Adətən qeyri-uyğunluq statusunu alan antidopinq təşkilatı əsas funksiyalarından məhrum edilir. WADA-nın qərarı AMADA və RUSADA arasında mövcud olan əlaqələrə təsir etməyəcək. Hər iki ölkədə idmançıların qarşılıqlı test keçirilməsi, antidopinq maarifləndirməsi, məlumatların mübadiləsi sahələrində əməkdaşlıq davam etdiriləcək”.

Qeyd edək ki, dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərar çıxarıb. Səbəb kimi RUSADA-nın Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. Bununla belə, Rusiya idmançılarının olimpiadada neytral statusda çıxış etmələrinə icazə verilib.

Cəza Tokio-2020 Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatının final mərhələsinə də şamil edilir. Rusiya 21 gün ərzində qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edə bilər.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Vətən müharibəsində itkin düşən 13 əsgər... - Foto

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Ən çox oxunanalar