Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbiri seçilib - Foto - Yenilənib

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib

Bu gün narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Xəbərə görə, Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib. Ş. Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

Saat 16:23

Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılır.

ONA-nın xəbərinə görə, Ş. Ağacan Xətai Rayon Məhkəməsinə gətirilib. Birazdan hakim Cavid Hüseynin sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılacaq.

Xatırladaq ki, Ş. Ağacanın saxlanılması barədə ilk xəbər ONA xəbər agentliyində yayımlanıb. Xəbərdə qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.(ONA)

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar