Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sədr Bəxtiyar Vahabzadənin mənim yanımda oturduğunu görüb iclası tərk etdi”

Sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin ziyalı mövqeyi ilə bağlı xatirəsini bölüşüb.

Pravda.az-ın xəbərinə görə, İ.Ağazadə 2002-ci ildə ona açılan cinayət işindən bəhs edib.

“2002-ci il idi. Bir rayonun icra başçısının iddiasına əsasən mənə cinayət işi qaldırmışdılar.

Artıq ifadələr alınmış, ibtidai istintaq yekunlaşmışdı.

Məni ağır maddə ilə ittiham edirdilər - icra hakiminə sui-qəsdin təşkilində.

Milli Məclisə təqdimat da hazırlanırdı, lakin nə vaxt göndəriləcəyindən xəbərsiz idim.

Günlərin birində iclaslara qatılmayan böyük insan Bəxtiyar Vahabzadə iclasa gəldi. Qəribə də olsa ona ayrılan yerdə deyil, mənim yanımda - lap arxa sırada - əyləşdi.

Təəccübümü gizlədə bilmədim, niyə burda oturduğunu soruşdum, cavab vermədi.

İclas başlayan kimi sədr Ustad şairimizin iclasda olduğunu və məhz mənim yanımda oturduğunu görərək iclası tərk etdi. Yarım saat keçmiş geri dönərək gündəliyi elan edib iclasa başladı.

Bəxtiyar müəllim gülümsəyərək yerindən qalxıb "missiyam bitdi" dedi və iclası tərk etdi. Çox sonra bildim ki, (Ustadın özü etiraf etdi) o gün deputat toxunulmazlığım qaldırılmalı imiş. ( O proses 17 oktyabr 2003-cü ildə gerçəkləşdirildi). Ruhuna sayğılar, böyük insan. Missiyası olan ziyalı, şair, yazıçı yoxmu? Tofiq Yaqubluya və digər siyasi məhbuslara azadlıq tələb edirəm” – sabiq deputat qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar